Главная > GÜNDƏM > Zimbabve prezidenti istefa təklifini rədd etdi

Zimbabve prezidenti istefa təklifini rədd etdi


16-11-2017, 22:26.

                                         Zimbabve prezidenti istefa təklifini rədd etdi

Zimbabve pezidenti Robert Muqabe hərbçilərlə danışıq zamanı istefaya getməkdən imtina edib.

Teleqraf.com-un məlumatına görə, ölkənin hərbi qüvvələrinə yaxın mənbə deyib ki, pezident bununla vaxt udmaq istəyir.

Qeyd edək ki, noyabrın 14-də axşam saatlarında hərbçilər ölkədə əsas obyektləri nəzarət altına alıblar. Növbəti gün Muqabe və onun xanımı Qreys saxlanılıb. Hazırda onların prezident iqamətgahında ev dustaqlığında olduqları bildirilir.

 


Вернуться назад