Türkiyə-Ermənistan sərhədində nəzarət kameraları quraşdırıldı
Türkiyədə Kars valiliyi tərəfindən Ermənistanla sərhəddə nəzarət kameraları quraşdırıb.
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, nəzarət kameraları sərhəd xəttinin daimi nəzarət altında saxlanılması məqsədi ilə quraşdırılıb.
Hazırda kameraların sınaqdan keçirilməsinin davam etdiyi bildirilir.
Valilikdən həmçinin bildirilib ki, 2 milyon 880 min lirə başa gələn layihə Türkiyə-Ermənistan sərhədinin Qars hissəsində mənfi məqamları aradan qaldıracaq və daha yüksək təhlükəsizliyi təmin edəcək.