Главная > Aktual > Türkiyə-Ermənistan sərhədində nəzarət kameraları quraşdırıldı

Türkiyə-Ermənistan sərhədində nəzarət kameraları quraşdırıldı


7-11-2017, 23:12.

Türkiyə-Ermənistan sərhədində nəzarət kameraları quraşdırıldı

 

Türkiyədə Kars valiliyi tərəfindən Ermənistanla sərhəddə nəzarət kameraları quraşdırıb.


APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, nəzarət kameraları sərhəd xəttinin daimi nəzarət altında saxlanılması məqsədi ilə quraşdırılıb.

Hazırda kameraların sınaqdan keçirilməsinin davam etdiyi bildirilir.

Valilikdən həmçinin bildirilib ki, 2 milyon 880 min lirə başa gələn layihə Türkiyə-Ermənistan sərhədinin Qars hissəsində mənfi məqamları aradan qaldıracaq və daha yüksək təhlükəsizliyi təmin edəcək.

 


Вернуться назад