Soyuq qış aylarında insanlar arasında xəstələnmə halları daha çox artır. Özəlliklə yuxarı tənəffüs yolu xəstəlikləri uşaqlarda daha ağır yaşanır. Bununla bağlı uşaq xəstəlikləri üzrə mütəxəssislər valideynləri bağça və məktəblərdə çox diqqətli olmağa çağırır.

Bildirək ki, qış aylarında qapalı yerlərdə daha çox vaxt keçirmək mikrobların daha sıx yayılmasına səbəb olur.

 

Aile.lent.az uşaqları qış xəstəliklərindən qorumağın 7 yolunu təqdim edir.  

 

 

Hansı uşaqlar daha çox risk altındadır?

 

Həm virus, həm də bakterial xəstəliklər baxımından qələbəlik yerlərə girən, bağçaya və məktəbə gedən, məktəbə, bağçaya gedən bacı, ya qardaşı olan uşaqlar, erkən doğulan, ana südü içməyən, evdə siqaret tüstüsünə məruz qalan, qidalanma pozuntusu, ürək xəstəliyi, astma, şəkər xəstəliyi, xroniki ağciyər xəstəliyi, xərçəng müalicəsi alan uşaqlar.

 

 

Uşaqları qış xəstəliklərindən qorumağın 7 yolu

 

 

1. Normal doğuş

 

 

Uşağın infeksiyalara qarşı qorunması hələ doğuşla birlikdə başlayır. Özəlliklə, normal doğuşla dünyaya gələn körpələr anadan faydalı bakteriyaları alaraq həyata 1-0 öndə başlayır.

 

 

2. Ana südü

 

Uşaqları infeksiyalara qarşı qorumaq ana südü verməklə davam edir. Ana südü qəbul edən körpələrin orta qulaq infeksiyası, sətəlcəm, ishal kimi bir çox xəstəlik keçirmədiyi və ya daha yüngül halda keçirdiyi deyilir. Doğumdan etibarən ilk 6 ay tək başına, daha sonra tamamlayıcı qidalarla bərabər 2 yaşına qədər ana südü verilməsi körpənin xəstəliklərə qarşı dözümlü olmasını təmin edir.

 

 

3. Qidalanma

 

Ana südü ilə yanaşı körpənin düzgün qidalanması bədən müqavimətinin təmin edilməsi və infeksiyalara yoluxmaması baxımından çox vacibdir. Uşaq və körpənin qidalanmasında yağ, protein, karbohidrat və vitamin-mineral tərkibli hər yaşa uyğun qida olmalıdır.  

 

Hər yaş qrupu uşaq üçün mütləq hər gün süd, süd məhsulları, yumurta, ət, meyvə tərəvəz, taxıllar, paxlalılar yemək lazımdır. Özəlliklə yumurta uşaqlar üçün ən dəyərli protein qaynağıdır. Gündəlik yeyilməlidir. Ət məhsullarından isə balıq və qırmızı ət yeyilməlidir.

Somon, soyuq su balıqları bol miqdarda omega 3 yağ tərkibli olduğundan həftədə 2 dəfə yeyilməsi məsləhətdir. Omega 3 balıq yağları uşaqlarda bədən müqavimətini artırmaq və göz sağlamlığı üçün də çox vacibdir. Yetərli balıq yeməyən uşaqlara omega 3 balıq yağı tərkibli preparatlar verilə bilər.

 

 

4. Əl yumaq

 

Tənəffüs yolu xəstəliklərinin, xüsusən bağçaya və məktəbə gedən uşaqlar sırasında sıx görülməsi ehtimalını düşünsək, uşağa gigiyena qaydalarına diqqət etmək və əl yumaq vərdişlərini yiyələndirmək vacib sayılır. Unutmayın ki, virus və bakteriyaların bədənə ən asan keçid yolu əllərdir. Əsasən də yeməkdən əvvəl və tualetdən sonra əl yumağı mütləq öyrədin.

 

 

5. Siqaretdən qorunmaq

 

Evdə siqaret çəkilməməli və uşaqlar siqaret çəkilən yerlərdə olmamalıdır.

 

 

6. Peyvəndlər

 

Peyvəndlənmə uşaqları infeksiyalardan qoruyan ən önəmli silahdır. Hər uşağa vurulan peyvəndlərdən başqa rotavirus (ishal peyvəndi), qrip peyvəndi, menigokok (meningit əleyhinə), böyük uşaqlar üçün isə uşaqlıq xərçəngi əleyhinə peyvənd vurulmalıdır.

 

 

7. D vitamini

 

Qışda gözdən qaçan bir hal da D vitamin əskikliyidir. 1 yaşa qədər uşaqlar mütəmadi olaraq  D vitamini qəbul etməlidir. D vitamin əskikliyində sümük və diş zəifləyir, həm də yuxarı və alt tənəffüs yolu infeksiyalarına yoluxma halı artır.

Ən önəmli qaynağı günəş olduğu üçün gündə ən az 15 dəqiqə qollar və üzə günəş vurması yetərlidir. Qışda isə günəş olmadığı üçün gündəlik 400-800 unit D vitaminin damcı ilə qəbul edilməsi onları xəstəliklərdən qoruyacaq.(lent.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300