Nida vətəndaş hərəkatı həbsdə təzyiqlərə məruz qalan üzvləri ilə bağlı konfrans keçirib/VİDEO

 

Oktyabrın 14-də Nida vətəndaş hərəkatı həbsdə təzyiqlərə məruz qalan üzvləri ilə bağlı konfrans keçirib. Hərəkat baş verənlərə görə dinc yolla etiraz etməyi qərara alıb.
"Nida vətəndaş hərəkatı Bayram Məmmədovun ağır şəraitli cərimə kamerasında saxlanılmasına qarşı, üzvlərimizin aclıq etiraz aksiyasına dəstək olaraq, bu həftə ərzində dinc yolla öz etirazımızı bildirəcəyik. Bu mətbuat konfransında Azərbaycan hakimiyyətinə çağırış edirik ki, onlar Azərbaycan dövlətinin vətəndaşları, xalqın nümayəndələridir.

Bu cür vəziyyət sizi insanların sizə qarşı olmasından xilas edə bilməyəcək”-NİDA vətəndaş hərəkatının idarə heyətinin üzvü Əbülfəz Qurbanlı bildirib.

Oktyabrın 10-da Bayram Məmmədov saçı qıxılaraq karsa salınıb. Ertəsi gün 13 saylı cəzaçəkmə müəssisəsində olan NİDA üzvləri İlkin Rüstəmzadə və Elgiz Qəhrəman Bayramla birlikdə aclıq aksiyasına başlayıblar və hələ də aclığa davam edirlər.

Bu haqda məlumat verən vəkil Əsabəli Mustafayev durumla bağlı Ombudsman Aparatına müraciət edib. Oradan isə yaxın günlərdə cəzaçəkmə müəssisəsinə baş çəkəcəklərini bildiriblər.

"Bayram Məmmədovun mülki geyimdə olan hakimiyyət nümayəndələri ilə görüşü olub. Düşünürük ki, görüşün nəticəsi olaraq hakimiyyət Bayram Məmmədova daha da qəzəblənib və onu karsa salıb”-deyə NİDA-nın üzvü Məsud Əsgər deyib.
"Bizim üzvlərimizə qarşı orada özbaşınalıq baş verir. Aclıq aksiyaları davam etdirilir. Hətta Bayram Məmmədova karsa salınmasına rəğmən yemək verilmir. Bu qeyri insani bir addımdır. Hərəkat olaraq tələb edirik ki, bu addımları dayandırsınlar”-NİDA vətəndaş hərəkatının üzvü Rəhman Məmmədli söyləyib.
Xatırladaq ki, 10 illik azadlıqdan məhrum edilən Bayram Məmmədov digər fəal Qiyas İbrahimlə birgə ötən il mayın 10-da narkotik ittihamı ilə həbs olunub. Gənclər ittihamları qəbul etməyərək eks-prezident Heydər Əliyevin abidəsinə "Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs edildiklərini bəyan edirlər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300