Главная > Cəmiyyət > Nida vətəndaş hərəkatı həbsdə təzyiqlərə məruz qalan üzvləri ilə bağlı konfrans keçirib/VİDEO
Nida vətəndaş hərəkatı həbsdə təzyiqlərə məruz qalan üzvləri ilə bağlı konfrans keçirib/VİDEO15-10-2017, 16:07. |
Oktyabrın 14-də Nida vətəndaş hərəkatı həbsdə təzyiqlərə məruz qalan üzvləri ilə bağlı konfrans keçirib. Hərəkat baş verənlərə görə dinc yolla etiraz etməyi qərara alıb. "Nida vətəndaş hərəkatı Bayram Məmmədovun ağır şəraitli cərimə kamerasında saxlanılmasına qarşı, üzvlərimizin aclıq etiraz aksiyasına dəstək olaraq, bu həftə ərzində dinc yolla öz etirazımızı bildirəcəyik. Bu mətbuat konfransında Azərbaycan hakimiyyətinə çağırış edirik ki, onlar Azərbaycan dövlətinin vətəndaşları, xalqın nümayəndələridir. Bu cür vəziyyət sizi insanların sizə qarşı olmasından xilas edə bilməyəcək”-NİDA vətəndaş hərəkatının idarə heyətinin üzvü Əbülfəz Qurbanlı bildirib. Oktyabrın 10-da Bayram Məmmədov saçı qıxılaraq karsa salınıb. Ertəsi gün 13 saylı cəzaçəkmə müəssisəsində olan NİDA üzvləri İlkin Rüstəmzadə və Elgiz Qəhrəman Bayramla birlikdə aclıq aksiyasına başlayıblar və hələ də aclığa davam edirlər. Bu haqda məlumat verən vəkil Əsabəli Mustafayev durumla bağlı Ombudsman Aparatına müraciət edib. Oradan isə yaxın günlərdə cəzaçəkmə müəssisəsinə baş çəkəcəklərini bildiriblər. "Bayram Məmmədovun mülki geyimdə olan hakimiyyət nümayəndələri
ilə görüşü olub. Düşünürük ki, görüşün nəticəsi olaraq hakimiyyət Bayram Məmmədova
daha da qəzəblənib və onu karsa salıb”-deyə NİDA-nın üzvü Məsud Əsgər deyib.
Вернуться назад |