İraq ordusunun Kərkükün qərbindəki Havice rayonunda keçirdiyi əməliyyatlar davam edir.
"Ölkə.Az" xəbər verir ki, ordu şəhərin mərkəzinə
doğru hərəkət edir. Öldürülən və təslim olan terrorçuların sayı 400 nəfərdir.
Yerli mətbuat mövqe itirən İŞİD terrorçularının neft quyularını yandırdığını
yazıb.
Şimali-qərb cəbhəsindən irəliləyən ordu Havice mərkəzinə çox yaxınlaşıb. Bu
bölgədə ciddi toqquşmalar gedir. Kritik nöqtədəki bir yol İŞİD terrorçularından
təmizlənib. Artıq 14 kənd azad edilib.