Главная > Aktual > İraq ordusu Kərkükün mərkəzinə irəliləyir - Yüzlərlə terrorçu öldürüldü

İraq ordusu Kərkükün mərkəzinə irəliləyir - Yüzlərlə terrorçu öldürüldü


30-09-2017, 21:28.

İraq ordusunun Kərkükün qərbindəki Havice rayonunda keçirdiyi əməliyyatlar davam edir.

"Ölkə.Az" xəbər verir ki, ordu şəhərin mərkəzinə doğru hərəkət edir. Öldürülən və təslim olan terrorçuların sayı 400 nəfərdir. Yerli mətbuat mövqe itirən İŞİD terrorçularının neft quyularını yandırdığını yazıb.

Şimali-qərb cəbhəsindən irəliləyən ordu Havice mərkəzinə çox yaxınlaşıb. Bu bölgədə ciddi toqquşmalar gedir. Kritik nöqtədəki bir yol İŞİD terrorçularından təmizlənib. Artıq 14 kənd azad edilib.

 

 


Вернуться назад