Taxın məni nizələrə -Elzadan YENİ ŞEİR

 

Son günlərin qalmaqallı mövzusuna çevrilən müğənni Elza Seyidcahanın Kulis.az-a göndərdiyi yeni şeirini təqdim edirik.

 

 

Tikin məni divarlara

Hörük olum.

Dəlik olum qaranlıqdan

Baxanlara

işıq olum

Uçanlara səmalarda

Qanad olum

Selik olum ağızlardan

Axanlara

Tikim, tikim məbəd olum

Nizələrə taxın məni

Tökün məni kuzələrə

Badələrə süzün məni

Zirvələrdə, yüksəklərə

çapın məni

Məşəllərə sancın məni

Tikim sizi qübbələrdə,

naxışlarda.

Sərin məni,

Sərin sular ürəklərə yayılsın.

Vurun məni

Könüllərin zirvəsində

Taxın məni.

Dülgərlərin ən şərəfli

Sənətində döyün məni.

Görün məni

Yuxularınız çin olanda

Sevin məni.

Öyün məni dostlarınızla

masalarda,

Tapın məni axtaranda,

Səpin məni gözlərinizə

Təpin məni.

Çəkin məni, nazımı çəkin

Qurtaran deyil

Tərəzidə yükümə baxın

Seçin məni

Dönən deyil.

Vurun məni mismarlara.

Tikim sizin ağzınızı

Qırxayaq kimi.

Dartım, sıxım sapınızı

Barama kimi.

Geyim cırım corabımı

Çatana kimi.

cırın-cırın

Siz də, geyin, cırın, qaçın

Xəyallara batana kimi.

Tikim sizin ağzınızı

Boğana kimi, yatana kimi.

Çıxan sözün mənasını

Bilim sizin ağzınızdan

Sizə ziyan,

Bizə tiyan,

Ona tikan

Mənə böhtan

Atanların halına baxın

Həkk, həkk, həkk edin.

Soyun məni, soyunum töküm

Kirimi, kirimi belli olum

Kinimi, kinimi

Bələyini büküm, beşiyə atım

Dərəyə çatım, qəbirə baxım

Qorxum qaçım, dağlara çapım.

Göydən yerə daş yağdı

Tikim sizi.

Torpaqdan göyə qar yağdı

Oynadım sizi.

Qaya üstündə qurd yatdı

Didim sizi

Çəmən üstə şeh azdı

Yolu azdı

Tarixlərə göl yazdı

Siz də tikin

Tikin məni

Yaman sözlər,

Yanan sözlər,

Məsh sözlər,

Məst sözlər,

İlahilər oxuyum

Həkk, həkk, kəkk edin

Aşiqləri.

Tərk, tərk, tərk edin

Cahilləri.

 

08.09.2017

Elza Seyidcahan

 

(kulis)

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300