Главная > Mədəniyyət > Taxın məni nizələrə - Elzadan YENİ ŞEİR
Taxın məni nizələrə - Elzadan YENİ ŞEİR8-09-2017, 20:15. |
Taxın məni nizələrə -Elzadan YENİ ŞEİRSon günlərin qalmaqallı mövzusuna çevrilən müğənni Elza Seyidcahanın Kulis.az-a göndərdiyi yeni şeirini təqdim edirik.
Tikin məni divarlara Hörük olum. Dəlik olum qaranlıqdan Baxanlara işıq olum Uçanlara səmalarda Qanad olum Selik olum ağızlardan Axanlara Tikim, tikim məbəd olum Nizələrə taxın məni Tökün məni kuzələrə Badələrə süzün məni Zirvələrdə, yüksəklərə çapın məni Məşəllərə sancın məni Tikim sizi qübbələrdə, naxışlarda. Sərin məni, Sərin sular ürəklərə yayılsın. Vurun məni Könüllərin zirvəsində Taxın məni. Dülgərlərin ən şərəfli Sənətində döyün məni. Görün məni Yuxularınız çin olanda Sevin məni. Öyün məni dostlarınızla masalarda, Tapın məni axtaranda, Səpin məni gözlərinizə Təpin məni. Çəkin məni, nazımı çəkin Qurtaran deyil Tərəzidə yükümə baxın Seçin məni Dönən deyil. Vurun məni mismarlara. Tikim sizin ağzınızı Qırxayaq kimi. Dartım, sıxım sapınızı Barama kimi. Geyim cırım corabımı Çatana kimi. cırın-cırın Siz də, geyin, cırın, qaçın Xəyallara batana kimi. Tikim sizin ağzınızı Boğana kimi, yatana kimi. Çıxan sözün mənasını Bilim sizin ağzınızdan Sizə ziyan, Bizə tiyan, Ona tikan Mənə böhtan Atanların halına baxın Həkk, həkk, həkk edin. Soyun məni, soyunum töküm Kirimi, kirimi belli olum Kinimi, kinimi Bələyini büküm, beşiyə atım Dərəyə çatım, qəbirə baxım Qorxum qaçım, dağlara çapım. Göydən yerə daş yağdı Tikim sizi. Torpaqdan göyə qar yağdı Oynadım sizi. Qaya üstündə qurd yatdı Didim sizi Çəmən üstə şeh azdı Yolu azdı Tarixlərə göl yazdı Siz də tikin Tikin məni Yaman sözlər, Yanan sözlər, Məsh sözlər, Məst sözlər, İlahilər oxuyum Həkk, həkk, kəkk edin Aşiqləri. Tərk, tərk, tərk edin Cahilləri.
08.09.2017 Elza Seyidcahan
(kulis)
Вернуться назад |