40 min manatlıq silahı gəzdirən, itlərinə ayda 5000 manat xərcləyən icra başçısı- ABİDİN FƏRZƏLİYEVİN OV HOBBİSİ

 

Azərbaycanda icra başçılarının nə qədər varlı olması, özləri üçün müxtəlif əyləncələr seçməsi sirr məsələ deyil. Balıq həvəskarı olandan tutmuş, vəhşi heyvan ovuna qədər bir çox əyləncələr üçün onların külli miqdarda pullar xərclədiyi də gizlin məsələ hesab olunmur.

JAMAZ.İNFO xəbər verir ki, Bakının Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev ov həvəskarı olması ilə tanınır. Hətta bunun "xəstəlik” səviyyəsində olduğunu deyənlər də az deyil. Məlumata görə, icra başçısı ov üçün tez-tez Şamaxı dağları və Lerikə gedir.

Təbii ki, istənilən şəxsin hobbisinin olması qəbahət deyil. Əgər biriləri şahmatı, futbolu və ya digər bir idman növünü özünə hobbi seçirsə, biriləri də ov həvəskarı ola bilər. Lakin burada diqqəti çəkən əsas məqam Abidin Fərzəliyevin ovda istifadə etdiyi silahlar və onların qiyməti ilə bağlıdır.

JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, Nərimanovun icra başçısı ovda əsasən dəyəri 40 min manat olan "Kosmi” ov tüfəngindən istifadə edir. Bu silahdan xüsusən dağlarda ov edərkən yararlanır. Çünki dağlıq ərazidə "Kosmi” ovu daha dəqiq nişan almağa və vurmağa imkan verir.

Aran yerlərdə və ya alçaq dağlıq ərazilərdə Fərzəliyevin istifadə etdiyi silahlar isə İtaliya istehsalı olan "Beretta”dır. Bu ov tüfənginin qiyməti 5-10 min manat aralığında dəyişir. Məlumata görə, icra başçısı bəzi zamanlar Almaniya istehsalı olan "Merkel” ov tüfəngindən yararlanır. Bu tüfəngin qiyməti isə 20 min manatdan başlayır və modellər üzrə dəyişir.

Həmin məlumatlara görə, Abidin Fərzəliyev ova gedərkən, özü ilə tazılar da aparır. Həmin ov itlərinin İngiltərədən gətirildiyi və sayının 3 olduğu deyilir. JAMAZ.İNFO-ya çatan məlumatlara görə, icra başçısı bu itlərin alınmasına 10 min manata yaxın pul xərcləyib. Lakin onların aylıq xərcləri (yemək, həkim nəzarəti, şampun və digər vasitələr-red.) heç də az hesab olunmur. İddialara görə, İngiltərədən alınmış cins tulaların saxlanılmasına ayda 5000 manata yaxın pul xərclənir.

Xatırladaq ki, Azərbaycan Qazilər Birliyi xeyli müddətdir Nərimanov rayonununicra başçısı Abidin Fərzəliyevi axtarır. Hətta Birlik camaata müraciət edərək, onlardan Fərzəliyevin ev ünvanını soruşub. Bu axtarışların səbəbi isə onun Qaziləri iş yerində qəbul etməməsidir. "Nərimanov rayonunun İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin evinin – villasının, obyektlərinin yerini yazın, zəhmət olmasa! Qazilərimiz onun evinə gedəcək, çünkü illərdir rəsmi qəbulu yoxdur bu adamın! Gedib soruşacağıq ki, Qazilər Birliyinin sədri, İdarə Heyəti səni harada tapsın?! Qazilər dərd-sərini kimə desinlər?!”

Azərbaycan Qazilər Birliyinin sədri Rey Kərimoğlu deyir ki, Fərzəliyev Nərmanov rayonuna icra başçısı təyin olundugu 2005-ci ildən indiyədək qaziləri, veteranları bir dəfə də qəbul etməyib. "Qazilərin mənzil, iş, müalicə, dərman təminatı problemləri var, amma Bakının ən iri rayonlarından olan Nərimanov rayonunun icra başcısı şikayətciləri görməkdən boyun qacırır, yazılı müraciətlərin isə xeyri olmur”.

Məsələ ilə Nərimanov Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb. Lakin bununla belə qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300