Müsavat fəalı təqib olunur

 

"Mənə və ailə üzvlərimə qarşı çirkin əxlaqsız kompaniya aparılır. Ilk öncə yatağ görüntülərimin yayılacağ ilə təhdid edildim. Indi isə bütün qırmızı xəttləri keçdilər”.

 

Bunu Müsavat Gənclər Təşkilatının sədr müavini Əziz Məmiyev özünün feysbuk səhifəsində yazıb.


 

Əziz Məmiyev təqiblər nəticəsində ailəsinin dağıldığını, amma onlardan əl çəkilmədiyini bildirib: "İndi isə övladımın anası ilə getdiyi yerlər, parkda gəzintiyə çıxdığı ərazilərdən yaxın məsafədən fotolarını arxadan çəkib mənim əkizim (Oğurladıqları əvvəlki profilim) Əziz Məmiyev profili ilə özümə göndərirlər.

 

 

Müsavat fəalı bunu özünə qarşı mənəvi terror adlandıraraq, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinə açıq müraciət edib: "Körpə övladımın bağçaya, parka getdiyi ərazilərdə anası ilə fotoları çəkilib atılır mənə. Əxlaqsız yazılar da göz önündə. Bu üsulla məni susdurmaq fikriniz varsa, boş yerə vaxt itirirsiniz. İlham Aliyev, qurduğunuz sistem ölkədə terror əsdirir. Insan hüquqlarına hər gün tüpürülür bu ölkədə. Güc strukturlarından biz müxalifətçiləri sındırmaq üçün istifadə edirsiniz. Xüsusi xidmət orqanları bizləri susdurmaq üçün yatağımızı pusur, ailə üzvlərimiz haqqında qeyri qanuni olaraq əməliyyat axtarış tədbirləri həyata keçirib addım-addım izləyir. Sonra da deyirsiniz ki, heç nədən xəbərim yoxdur, mənə siqnal verin. Bəsdirin daha oyun oynadınız! Çirkli əllərinizi çəkin yaxamızdan. Bu nə ölkədi, insanın sinir sistemi pozulur”.


 

 

 

Basta

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300