Litvada naməlum koronavirus mutasiyası aşkarlanıb

 

Litvanın Anikşçyay şəhərində koronavirusun bilinməyən mutasiyası qeydə alınıb.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Milli İctimai Sağlamlıq Mərkəzinin regional departamentinin direktoru Birute Sapkauskene milli radionun efirində bildirib.

"Anikşçyayın rayon mərkəzində Britaniya, Cənubi Afrika və ya bizə bəlli olan hər hansı ştammla əlaqəli olmayan mutasiyanın səbəb olduğu koronavirusa yoluxma halları qeydə alınıb”, - o deyib.

Direktor Litvanın digər yerlərində mutasiyaya uğramış koronavirusun bu növ müxtəlifliyinə rast gəlinmədiyini də sözlərinə əlavə edib.

"Anikşçyayda 35 yoluxma hadisəsi qeydə alınıb. Bu ştammın daşıyıcısı olan insanların təxminən üçdə biri artıq sağalıb”, - B.Sapkauskene söyləyib.

Onların əksəriyyəti, həkimlərin qeyd etdiyi kimi, simptom olmadan xəstəlik keçiriblər, yalnız bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

"Sanki qeyri-adi bir şey yoxdur. Qeydə alınan növ müxtəlifliyinin insandan insana ötürülmə baxımından xüsusilə aqressiv olduğuna dair heç bir dəlil yoxdur. Əlavə müşahidələrə ehtiyac var”, - direktor bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300