Psixoloq varlanmağa mane olan vərdişləri AÇIQLADI

 

Zənginlik və yoxsulluğun vəziyyəti əksər hallarda varidatın mövcudluğundan, yaxud miqdarından deyil, insanın öz həyatına, həmçinin pula münasibətindən asılıdır.

"Praym”ın məlumatına görə, bu barədə rusiyalı psixoloq Dmitri Sinarev bəyan edib.

Onun sözlərinə görə, çox vaxt kifayət qədər firavanlıq içində yaşayan insanlar özlərini kasıb hiss edirlər.

"Onlar həyatlarından daima narazılıq hiss etdikləri üçün belədirlər, çünki özlərini davamlı olaraq daha çox şeyə sahib birisi ilə müqayisə etməyə meyllidirlər: daha gözəl bir xanım, bahalı avtomobil, prestijli vəzifə və sair arzulayırlar”.

Ekspert bu cür insanlara həyatda sahib olduqlarını qiymətləndirməyi bacarmalarını tövsiyə edir.

Psixoloqun sözlərinə görə, bir qrup insan isə özlərini təmin etmək imkanı olmasına baxmayaraq, varlana bilmir. Sinarev belələrini evində oturan "divan paxılları” adlandırıb. O bildirib ki, belə insanlar qiymətləndirilməmələrindən şikayətlənir və gizli potensiallarından danışır, amma vəziyyəti düzəltmək üçün heç vaxt ağıllı sözlərdən işə, qurban obrazından aktiv həyat mövqeyinə keçmirlər. Bu cür insanlar xəyal qurmağa meyllidirlər, ancaq həsəd aparmağı bacarırlar, vaxtlarının çoxunu isə sosial şəbəkələrdə, ya da televizor qarşısında keçirirlər.

Mütəxəssis pulu enerjinin maddi təcəssümü adlandırır, çünki insan onu öz həyatına sərf edir.

"Bəzən bir insan yaxşı bir komandada olduğundan az maaşlı bir işdə qalır. Kollektivdəki atmosfer onun üçün daha vacibdirsə, qalması yaxşıdır. Ancaq məqsəd pul qazanmaqdırsa, başqa daha gəlirli, yaxud prestijli bir yerə gedilməlidir. Hər yerdə hər şey tapmaq olar”, - deyə psixoloq vurğulayıb.

(oxu.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300