ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqlandın son açıqlaması əslində Azərbaycana mühüm bir mesajdır.

Bu sözləri Axar.az-a açıqlamasında "Baku Netvork” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. O, Hoqlandın bəyanatının Azərbaycanın maraqlarına uyğun olduğunu düşünür:

"Riçard Hoqlandın son açıqlaması əslində Azərbaycana bir mesajdır. Belə ki, Madrid prinsiplərinin yenidən açıqlanması nəinki İrəvana böyük zərbə, Qarabağ məsələsinin həlli istiqamətində ABŞ-ın Ermənistana təzyiqidir. Bu bəyanat birbaşa Ermənistandakı vəziyyətə də təsir edəcək”.

E.Ələsgərov bu fonda Ermənistandakı ümumi vəziyyətə də nəzər salıb:

"Ukraynadakı hadisələrlə paralellər aparsaq, görərik ki, bu ölkədəki Maydan hadisələri Avropa Birliyi ilə anlaşmanın imzalanmaması ilə başlamışdı. Hazırda Ermənistan da həmin yolla gedir və əgər Avropa Birliyi ilə (AB) çərçivə sazişi imzalaya bilməsələr, ölkədə vəziyyət gərginləşəcək”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300