Turan agentliyinin direktoru Mehman Әliyev Yasamal Rayon Polis İdarəsinə gətirilib.

"Basta” xəbər verir ki,Turan agentliyinin direktoru Mehman Əliyev 231.1 (vergi ödənişindən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələr üzrə şübhəli şəxs kimi saxlanılıb. O, Vergilər Nazirliyinin İstintaq İdarəsindən Yasamal rayon polis idarəsinə aparılıb və hazırda oradadır. Ona dövlət vəkili təklif ediblər. Amma Əliyev imtina edib və vəkilinin Fuad Ağayev olduğunu bildirib.

48 saat ərzində o, qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılacaqdı.

Saat 17:45-də Mehman Əliyev özü şəhər telefonu ilə agentlikdəki həmkarlarına zəng edib və hələ də Vergilər Nazirliyində olduğunu, amma heç nə baş vermədiyini bildirib. "Onlar oturub nə isə gözləyirlər”, deyən Mehman Əliyev əlavə edib ki, vəkil Fuad Ağayev də onun yanındadır.

Öz növbəsində, bu işi aparan müstəntiqlər şərh verməkdən imtina ediblər, "tezliklə hər şeyin məlum olacağını” bildiriblər.

Qeyd edək ki, dünən Mehman Əliyev və agentliyin mühasibi Ramil Əliyev Vergilər Nazirliyində 8 saat ərzində dindiriliblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300