Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin gələnilki abituriyentlərin axırıncı dəfə test formasında imtahan verəcəkləri ilə bağlı açıqlaması ölkə mediasınıngündəminə çevrilib. Bəziləri yeni dəyişikliklərlə test üsulunun tamamilə ləğv ediləcəyini, bəziləri isəali məktəbəqəbul formasının genişləndiriləcəyini və test üsulunun da bu forma daxilində bir metod kimi tətbiq olunacağını deyir.

 

Tanınmış türkoloq alim, keçmiş təhsil naziri Firudin CəlilovisəXeber365.com-a açıqlamasında bildirib ki, mexanizm tam açıqlanmadığı üçün məsələni tam şərh etmək çətindir:

 

"Qəbul imtahanlarının 5-6 variantda mexanizmi var. İndi test tamamilə ləğv olunacaq yoxsa yeni qaydalarla daha da təkmilləşdiriləcək, bu, bəlli deyil. Ümumi şəkildə deyə bilərəm ki, o vaxt biz test üsulunu ədalət bərpa olunsun deyə gətirdik. Çalışdıq ki, bilikli uşaqlar ali məktəbə qəbul olsun. O birilər onsuz da özlərinə peşə tapacaqlar. Buna da nail olduq. Keçən müddətdə bu prinsip işlədi. Savadlı uşaqlar atasının varlı yaxud da kasıb olmasından asılı olmayaraq, kənarda qalmadılar. Yeni sistemdə isə necə olacaq, bilinmir”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300