İŞİD terror qruplaşması 2015-ci ildə 1 800 uşağı öz sıralarına qatıb.

 

APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya İnsan Haqları üzrə Müşahidə Şurası məlumat yayıb.

 

Məlumata əsasən, uşaqlardan azı 48 nəfəri terrorçu-kamikadze qismində həlak olub. Suriyada İŞİD-in nəzarəti altında olan ərazilərdə yetkinlik yaşına çatmamış uşaqların qəbulu üzrə xüsusi məntəqələr fəaliyyət göstərir.  Təlim düşərgələrində hazırlıq keçənlər daha sonra döyüş əməliyyatlarında iştirak edir və yaxud terror aktları törədirlər.

 

Şuranın hesablamalarına görə, 2016-ci ilin yanvarında terrorçular 175 nəfərdən ibarət növbəti qrupun hazırlığını başa çatdırıblar. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300