Böyükdən kiçiyə hər kəsin tanıdığı, Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün həyatı hər zaman maraq dairəsində olub. Atatürkün ən çox sevilən xatirələrindən bir onun imzasıdır.

Sizə tarixi şəxsiyyətin imzası haqqında maraqlı faktları təqdim edirik.

1934-cü ildə soyadlarla bağlı qanun qəbul edilmişdi. İlk olaraq Mustafa Kamala Atatürk soyadı verildi. Bunun ardından Türkiyə parlamentinin üzvləri Atatürkün adına layiq bir imzasının olmasını istədilər. Hazırda Türkiyədə Boğaziçi universiteti kimi tanınan, o dövrdə isə Robert kollecinin müəllimi olan Haqop Vahram Çerçiyana imzanın hazırlaması tapşırıldı.

Atatürk'ün İmzasının Az Bilinen Hikayesi

Haqop Vahram Çerçiyan Türkiyədə yaşayan erməni əsilli bir riyaziyyat müəllimi idi. O, müəllimliklə yanaşı, səliqəli əl yazması ilə də tanınırdı. Ona görə də bu işi ona həvalə etmişdilər.

Qərar qəbul edildikdən sonra Atatürkün özəl qələmi Çerçiyana çatdırılır. Çerçiyan da imza üçün hazırlıqlara başlayır.

O, 24 saat içərisində 5 imza hazırladı. Ona söylənildiyi vaxtda, səhər saat 08:30-da imzaları təqdim etdi.

Atatürk'ün İmzasının Az Bilinen Hikayesi

Hadisəni Haqop Çerçiyanın oğlu Dikran Çerçiyan bu cür izah edirdi:" Məclisdəki millət vəkillərinin bir çoxu atamın tələbələri idi. Onlar Atatürkə gözəl bir hədiyyə verməyi qərara almışdılar. Səhər saat 8 radələri idi. Qapı döyüldü, anam açdı. Anam qapıdakı komissarları görüb həyəcanla atamı çağırdı. Atam onlarla getdi sonra geri döndü. Evə gəldiyində hər şeyi bizə izah etdi. Atam özü də çox həyəcanlı idi. Dərhal masanın başına keçib işləməyə başlamışdı. Həmin gecəni səhərə kimi atamı seyr edə-edə yuxuya getmişdim. Səhər oyandığımda masasın üzərində 5 imza nümunəsi hazır idi. Atam Atatürkü çox sevirdi, mən də həmçinin... Gördüyü işdən də fərəh hissi duyurdu”.

Daha sonra imzalar Atatürkə təqdim olundu. Mustafa Kamal Atatürk hazırlanan 5 imza içərisindən elə 5-cini seçib.

Картинки по запросу ATATÜRK'ÜN İMZASI

Atatürk 1934-cü ildən əvvəl, ərəb hərfləri ilə hazırlanan imzasından istifadə edirdi. İmzasını ərəb hərfləri ilə soldan sağa "M.Kamal” kimi yazırdı.

Onu da qeyd edək ki, son 10-15 il ərzində Türkiyədə yeni bir dəb yaranıb. Atatürkün imzasını bir çox insan qoluna döymə şəklində yazdırır. Bunu edənlər arasında məşhur sənətçilər də var. Bu döyməni etdirənlərin 80 faizi 20-35 yaş arası gənclərdir.

Картинки по запросу ATATÜRK'ÜN İMZASI

Hətta döymə sənətçiləri 29 oktyabr Respublika günündə Atatürkün imzasını qoluna çəkdirmək istəyənlərdən pul almır.


Atatürk'ün İmzasının Az Bilinen Hikayesi

Turan Oruc, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300