Özünü idarəetmə və onun mərhələləri:

 

 

Bismillahir-rəhmanir-rəhim

 

مشارطه

Muşaritə: Səhər tezdən yuxudan oyanan kimi özümüzə söz veririk ki, bu gün vacib əməlləri yerinə yetirəcəm və haram əməllərdən çəkinəcəm. Əməllərimə fikir verəcəm. Dilimlə və əməlimlə insanları incitməyəcəm. (Hər kəs istədiyi kimi özünə söz verə və özü özü ilə şərt kəsə bilər);

 

مسارعه

Musariə: Özü ilə şərt kəsdikdən və özünə söz verdikdən sonra bilafasilə --bugün-sabah etmədən-- əmələ keçməlidir (əməl etməyə başlamalıdır);

 

مراقبه

Miraqibə: Gün ərzində Quranın və Əhlibeytin tapşırıqlarına müvafiq, əməllərimizə nəzarət etməliyik. Şərti pozmamağa çalışmalıyıq;

 

 

محاسبه

Mühasibə: Günün sonunda, gecə yatmazdan qabaq, gün ərzində etdiyimiz əməllərə görə hesab-kitab etməliyik. Etdiyimiz əməlləri bircə bircə gözdən keçirib şəriətlə uyğun gəlib gəlmədiyini bilməliyik;

 

معاتبه

Muatibə: Gün ərzində özümüzlə bağladığımız əhd peymana əməl etmişiksə, özümüzü təşviq etməli, uğura görə Allaha həmdüsəna, şükür etməliyik. Əhd peymanı pozmuşuqsa, özümüzü danlamalıyıq. Vicdanımız bizə rahatlıq verməməlidir;

 

 

معاقبه

Muaqibə: Sonra sonuncu mərhələni həyata keçiririk. Gün boyu əməlisaleh olmuşuqsa, bir şükür səcdəsi edərək rahat yatırıq. Əgər səhvən və yaxud qəsdən bir pis əməl etmişiksə özümüz özümüzə cəza kəsirik. Məs: gün ərzində bircə "yalan" danışmışıqsa bir gün oruc tutmaqla və yaxud müəyyən məbləğ sədəqə verməklə özümüzü cəzalandırırıq.

 

Bu mərhələni qırx gün icra edən şəxs istəmədiyi pis və ziyanlı vərdişlərdən (siqaret çəkmək və s kimi) və ya hər hansı əxlaqa zidd olan xüsusiyyətdən (yalan, qeybət, sözgəzdirənlik və s) birdəfəlik qurtula bilər. Allah bizləri müvəffəq etsin!


İlahiyyatçı- Şəhriyar Əliyev

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300