Türkiyəli tanınmış tarixçi, professor İlber Ortaylı deyib ki, türklər arasında azəri adlı bir millət yoxdur. Azərbaycanlı başqadır, Azəri başqa

"Azəri milləti anlayışını Stalin uydurub. Kommunist şairlər də şerlərində "türk qızları" yazıblar. Bunu Stalin uydurub. Stalin cahil bir gürcüdür. Milliyətdən başı çıxmayıb. Çox savadsız, cahil biri olub” - deyə İlber Ortaylı bildirib.

Məsələ ilə bağlı Xalq şairi, eks-deputat Sabir Rüstəmxanlı Modern.az-a açıqlama verib.

S. Rüstəmxanlı deyib ki, azəri deyilən bir millət türklər arasında yoxdur.

"Azərilər kiçik xal olub. Onların fars dilinə yaxın bir dildə danışdığı ehtimal olunur. Azəri ayrı millətdir azər ayrı. Türklər arasında necə ki, kəngər, hacər, bulqar, azər və s. xalqı olub. Doğurdan da, azəri deyilən bir millət türklər arasında yoxdur. Azərbaycanlılar türklərdir. Düzdür, Azərbaycanda başqa xalqlar da var.

Amma burada yaşayan titul, əsas xalq Azərbaycan türkləridir. Stalinə qədər də azərbaycanlılar özlərinə türk deyirdilər. Daha sonra Stalin bunu dəyişib azərbaycanlı etdirdi. 1930-cu ilə qədər bizim babalarımızın, dədələrimizin pasportunda türk yazılırdı”.

Xalq şairi bildirib ki, Kommunist şairlər də şerlərində "türk qızları" yazıblar.

"Səməd Vurğun "Rəhbərə Salam” şeirini Stalinin qarşısında oxuyanda "çadrasız, boyasız türk qızlarından, salam gətirmişəm hüzuruna mən” deyib. Bu türk sözü rusların qulağını deşib.

Çünki onlar türk düşməni idi. Daha sonra Stalin Mircəfər Bağırova deyib ki, türk sözünü azərbaycanlı elə. Azərbaycanlılar türk deyil. Beləliklə bir xalqın taleyində çox faciəvi bir dönəm başlayıb. Bu günə qədər də o səhv davam edir. Ona görə də türkiyəli tanınmış tarixçi, professor İlber Ortaylının fikirlərində həqiqət var”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300