UEFA 2017-2018 mövsümündə Avropa Liqasının iştirakçılarına ümumilikdə 399,8 milyon avro ödəyəcək.

"Report"un məlumatına görə, qrup mərhələsindəki nəticələr və mərhələ adlamağın qarşılığında 239,8 milyon avro ayrılıb. 160 milyon avro isə qrup mərhələsindən etibarən təmsil olunan iştirakçıların teleyayım hüquqları üçün nəzərdə tutulub.

Qrup mərhələsində mübarizə aparacaq 48 klubun hər biri ən azı 2,6 milyon avro qazanacaq. Qrup mərhələsindəki hər qələbə 360 min avro, heç-heçə 120 min avro gətirəcək. 1/16 finala vəsiqə qazanan qrup qalibləri hərəyə 600 min avro, qrup ikinciləri isə 300 min avro əldə edəcəklər.

1/16 final iştirakçıları hərəyə 500 min avro, 1/8 finala vəsiqələrin sahibləri 750 min avro, 1/4 finala yüksələnlər 1 milyon avro, yarımfinala çıxanlar 1,6 milyon avroya sahib olacaqlar. Nəhayət, Avroliqanın qalibi 6,5 milyon avro, finalçı isə 3,5 milyon avro qazanacaq. Beləliklə, bu turnirin qalibi maksimum 15,71 milyon avro əldə edə bilər. Bura bazarda iştirak payı daxil deyil.

Habelə, təsnifat mərhələlərində iştirak etmiş klublar üçün də ödənişlər nəzərdə tutulub. I təsnifat mərhələsində iştirak etmiş klub 215 min avro, II təsnifat mərhələsindəkilər 225 min avro, III təsnifat mərhələsindəkilər 235 min avro, "pley-off"da çıxış edənlər isə 245 min avro qazanacaqlar. Beləliklə, Azərbaycan təmsilçilərindən ilk 2 mərhələdə iştirak etmiş "Zirə" və "İnter" hərəyə 440 min avroya, yalnız ikinci mərhələdə iştirak etmiş "Qəbələ" isə 225 min avroya sahib çıxacaq.

Qeyd edək ki, hazırda Çempionlar Liqasında çıxış edən "Qarabağ" "pley-off" səddini keçə bilməsə, ardıcıl dördüncü mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.


 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300