Nərmanov rayonu Montin qəsəbəsində günorta saatlarından içməli suyun, qazın və işıqın verilişi dayandırılıb. Uluyol.info xəbər verir ki, sakinlər dükanlardan su balonları almaq məcburiyyətində qalıblar. Hazırda qəsəbədə ciddi narazılıq var.
Suyun hansı səbəbdən kəsilməsi ilə bağlı isə konkret məlumat verilmir.
Sadəcə, "Azərsu" ASC-nin əməkdaşları "su xətlərindən problem var", - deyərək işlərini bitmiş sayırlar.
Su ilə yanaşı, qəsəbədə qazın və işıqın verilişi də dayandırılıb
Bundan əlavə Nərmanov rayonun bir neçə küçəsində elektirik enerjisinin verilişində də problem yaşanıb . Bir neçə elektrik dirəyi aşıb, nəticədə min metrlərlə naqil sıradan çıxıb. Ümumilikdə, rayonun 50-dək yaşayış məntəqəsi işıqsız qalıb.
ULUYOL.İNFO