Səbuhi Rəhimli: "Hər şey insanın beynindədir, kənar təsirlər boş şeydir”

Cadu-piti, qurd yağı, fal və sairə... Təəssüf ki, indiki zəmanəmizdə belə hələ də bu kimi şeylərə inananlar var. Bu günlərdə Bakıda Günəşli qəbiristanlığında 8 ay əvvəl vəfat etmiş atasını ziyarətə gedən oğul atasının başdaşında təxminən 30-35 yaşlı bir nəfərin şəklinin yapışdırıldığını görüb. Zərərçəkmiş iddia edir ki, şəxsin şəklinə cadu edilərək atasının məzarına yapışdırıblar.


Yardımlıda isə 65 yaşlı qadının cadu nəticəsində öldüyü iddia edilir. Belə ki, evindən cadu tapan qadın 8 gün sonra yatağa düşüb, 3 ay sonra isə dünyasını dəyişib. Ailə bunda qonşu kənddə yaşayan mollanı günahlandırır. Ailə üzvləri hətta iddia edir ki, bu cadu nəyinki qadının ölümünə digərlərinin də ailələrinin dağılmasına gətirib çıxarıb. İttihamlara cavab verən molla isə sadəcə şirinlik duası yazdığını bildirib.


Bu cür mövhumata inananlar qədər inanmayanlar da kifayət qədərdir. Hazırda cadu edən və ya onu çıxaran, ağ, qara magiya ilə məşğul olan, özünü görücü hesab edən kifayət qədər insanlar var. Hətta onlar özlərini internetdə də təbliğ edir, özlərinə müştəri yığırlar. Hətta iş o yerə qalıb ki, baxıcılar internet, telefon vasitəsi ilə də xidmət göstərir və bununla da fəxr edirlər. Cadugərlər müxtəlif məlhəmlərdən, ölü torpağında, bayquş sümüyündən, mirvari daşından, düyünlənmiş saplardan, tilsimlənmiş əşyalardan, pişik tükündən, qurd yağından və s. istifadə edirlər. Bir sözlə qeyri adi ağıllarına nə gəlirsə, həmin şeylərdən istifadə edilər. Bunların içərisində insanları daha çox qorxudan "qurd yağı”dır. Bir sıra insanlar "qurd yağı”nın ailə dağıtdığını, kişini, qadını sonsuz etdiyini, hətta insanları öldürdüyünü belə düşünür və buna inandıqları üçün ciddi təşviş və həyəcan keçirirlər.

Image result for Səbuhi rəhmli

Astroloq Səbuhi Rəhimli bu cür insanlarla mübarizə apardığını bildirdi:"Peyğəmbərimizin bir müqəddəs hədisi var ki, deyir ki, belə şeylər ancaq inanana təsir edə bilər. Mən bu peşəni ona görə seçmişəm ki, bu cür insanlarla mübarizə aparım. Hər şey insanın beynindədir, kənar təsirlər boş şeydir. İndiki zəmanədə bu cür cadu-pitiyə inanan insanları görəndə bu mənə qəribə gəlir. 20-ci əsrdir, texnologiya zirvəsinə çatmışıq bunlar hələ də bu cür şeylərə inanırlar. Bu da maariflənmənin ləng inkişafından, insanların cahil inanclarından qurtulmamağından, dini savadsızlığından bunlar doğur. 21 dekabrda dünyanın dağılacağı deyilirdi. Hansısa universitetdə işləyən professor zəng edib deyirdi ki, 21 dekabrda dünya dağılacaq, axı mən uşağıma toy etmək istəyirdim, arzularım ürəyimdə qalacaq. Baxırsan ki, professor olmaqla deyil, gərək insanın bilgisi olar. Yaxud da ötən il noyabrda deyirdilər ki, 8 gün qaranlıq olacaq. Adi astronomik biliyi olan insan bilir ki, ən böyük planet yerin lap yaxınlığından keçsə belə 8 gün qaranlıq ola bilməz. Bunların hamısı insanların maariflənməməyindən irəli gəlir”.


S.Rəhimli insanların falçı yanına istədikləri şeyi eşitmək və rahatlıq tapmaq üçün getdiyini dedi:"İnsanlar istədiyi şeyi eşidəndə rahatlıq tapır. İstənilən falçının yanına biri gedəndə deyəcək ki, sənin işlərində problem var, bir yerə çıxa bilmirsən. Bu kod kimi bir şeydir. Bu insanın təbii ki, problemi var ki, sənin yanına gəlib. Başlayır insanı tərifləməyə ki, səni heç kim başa düşmür, sənə nəsə ediblər. İndi müharibə şəraiti bir tərəfdən, iqtisadi çətinlik bir tərəfdən ailə qurmağı gecikdirən minlərlə qız var. Falçı yanına gedən kimi demir reallıq budur. Deyir sənin yolunu qohum əqrəbalardan kök bir adam bağlayıb. Bu isə insanın içində xof, şübhə həm də ətrafdakılara qarşı nifrət yaradır. Hamının qohumunda kimsə kök adamlar var. Bu şəxs həmin kök adamlara qarşı heç kimin xəbəri olmadan nifrət etməyə başlayır. Buna inanan insanlar bədbəxt olub gedib. Bütün bunlar boş şeylərdir”.


Ümumiyyətlə İslamdan əvvəlki Ərəbistan mühitində cadugərliklə əsasən qadınlar məşğul olurdular. Onların cadu üsullarından biri də bundan ibarət idi:bir ip götürüb, müəyyən adamın adına əfsun (tilism) oxumaqla ipə düyünlər vururdular. Bununla da həmin adamın işlərinin ldüyünə düşəcəyinə», xoşbəxtliyinin bağlanacağına, uğur və səadətin ondan üz çevirəcəyinə, başına ən müxtəlif bəlalar gələcəyinə inanırdılar. Sehrin və cadunun günah əməl olması barədə Məhəmməd Peyğəmbər (s) bunları buyurub: "Hər kim ipə düyün vurub əfsun oxusa, sehr etmiş sayılır. Sehrlə məşğul olan isə şirk etmiş olur. Kim (özünü qorumaq üçün) öz üzərinə nə isə taxsa, taxdığı əşyanın öhdəsinə buraxılır Allahın himayəsindən çıxmış olur. İslam Peyğəmbəri müsəlmanlara yeddi günahdan uzaq olmağı tapşırırdı ki, bunların sırasında ikinci yeri sehr tutur. İmam Əli isə sehr və cadunu öyrənmək istəyənlərə bu cür xəbərdar edirdi: ”Kim az və ya çox miqdarda sehr öyrənsə, küfr etmiş olar və Allahla bağladığı əhdi qırar. Tövbə etməyincə onun cəzası edamdır".


Günel MANAFLI, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300