aa07f6538ed7f757ae21cb72cf132a6b
 
Baş həkim Hüseynağa Həsənovun işçilərindən aylıq pul istəməsi tərəflər arasında narazılıq yaradıb.
 
Salyan Mərkəzi Xəstəxanasının baş həkimi Hüseynağa Həsənovla işçiləri arasında narazılıq baş qaldırıb. Bu barədə Demokratiya.info-ya elə işçilər məlumat veriblər. Onların bildirdiyinə görə, hal hazırda Həsənovla işçilər arasında yaşanan qalmaqala səbəb onlardan aylıq pulun tələb olunmasıdır. Və bu rəqəmin 50 manatdan başlayıb, 1000 manatda dayandığı deyilir.
Bildirilir ki, Hüseynağa Həsənov, həm də bir qədər öz komfortunu düşünən baş həkimlərdəndir. Deyilənlərə görə, evi Şirvan şəhərində olan baş həkim hər gün evinə gedir. Və bu zaman Mərkəzi Xəstəxananın ambulansından yararlanır. Vurğulanır ki, Salyanın baş həkimi bu zaman dövlətin yanacağından istifadə edir, habelə dövlət əmlakını özünün şəxsi məqsədləri üçün çalışdırır.
Demokratiya.info-ya verilən məlumata görə, Hüseynağa Həsənovun bir sıra qaranlıq işləri daha var. Və onların haqqında geniş araşdırmamızı oxuya biləcəksiniz.
 
Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300