Azərbaycanın əməkdar artisti Mərdan Feyzullayev vəfat edib.

Mədəniyyət və Turizm Nazirliyindən "Report"a verilən məlumata görə, sənətkar avqustun 13-də 58 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, M.Feyzullayev 1959-cu il fevralın 3-də Şəki şəhərinin Kiş kəndində anadan olub. O, 1979-1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnctitutunun "Dram və kino aktyorluğu” fakültəsində, 1984-1989-cu illərdə B.Şukin adına Moskva Ali Teatr İnstitutunun "Rejissorluq" fakültəsində təhsil alıb. 1983-cü ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi yaradıcılıq yoluna qədəm qoyan M.Feyzullayev 1985-1989-cu illərdə həmin sənət ocağında quruluşçu rejissor, 1989-1998-ci illərdə isə baş rejissor vəzifəsində işləyib.
M.Feyzullayev müxtəlif illərdə Şəki teatrında M.F.Axundzadənin "Hacı Qara” dramında Xudaverdı, U.Şekspirin "Romeo və Cülyetta” faciəsində Paris, K.Çapekin "Ağ xəstəlik” əsərində Professor, K.Morlonun "Böyük Teymurləng” tarixi dramında Çingiz xan, C.Məmmədquluzadənin "Sizi deyib gəlmişəm” əsərində Pristav, B.Vahabzadənin "Dar ağacı” dramında Ibn Süheyl, N.Dumbadzenin "Ağ bayraqlar”ında Meburişvili və s.bu kimi obrazlar yaratmaqla yanaşı həmin teatrda C.Məmmədquluzadənin "Dəli yığıncağı” və "Danabaş kəndinin məktəbi”, H.Cavidin "Iblis”, N.Dumbadzenin "Ağ bayraqlar”, M.Bulqakovun "Ustad və Marqarita”, B.Vahabzadənin "Dar ağacı”, Ə.Nesinin "Sən Qara deyilsən”, İ.Drutsenin "Kürən yabı”, S.Vannusun "O şah ya qeyrisi, şah elə şahdır”, Ç.Aytmatovun "Əsrə bərabər gün”, S.Qədirzadədənin "Gurultulu məhəbbət”, Anarın "Təhminə və Zaur”, M.Bayciyevin "Duel”, V.Səmədoğlunun "Yayda qartopu oyunu”, R.Xəlilzadənin "Meşəbəyi”, S.Vurğunun "Vaqif” tamaşalarına maraqlı quruluşlar verib.

M.Feyzullayev 1999-cu ildən Moskvada yaşayırdı. O, Moskva şəhərində fəaliyyət göstərən "Dərviş" Azərbaycan Teatrının direktoru və bədii rəhbəri idi. Rusiyada yaşayarkən sənətkar "Na Perovskoy” Moskva Dram Teatrında "Göydən üç alma düşdü”, Simonov adına Moskva Dram Teatrında E.Fedotovun "Moskvasayağı reinkornasıya”, Moskva "Kölgə” Teatrında "Gözə görünməz yollar ilə...”, Moskva Komediya Teatrında Ə.Nesinin "Öldür məni, əzizım!”, S.Vannusun "O şah, ya qeyrisi”, S.Mrojekin "Serenada”, Moskva "Zümrüd quşu” Teatrında Y.Kimin " Bataqlıqdakı möcüzələr”, Yerşovun "Qozbel at”, R.Kiplinqin "Fil balası”, V.Rabadanın "Balaca mələk”, E.Şvartsın "Kralın yeni libası”, V.Qaufun "Soyuq ürək”, K.Qotsinin "Qarğa”, E.Uspenscinin "Sehirsaz Bəhram”, Mockva Azərbaycan "Dərviş” Teatrında M.F.Axundzadənin "Lənkəran xanının vəziri”, Elçinin "Şekspir”, B.Vahabzadənin "Gülüstan”, Ü.Hacıbəylinin "Arşin mal alan”, N.Gəncəvinin "Leyli və Məcnun”, C.Məmmədquluzadənin "Anamın kitabı” kimi janr etibarilə rəngarəng tamaşalar hazırlayıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300