Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov mənim fiziki cəhətdən məhv edilməyim üçün, mənə qarşı sui-qəsd hazırlatdırır. Bir neçə dəqidə öncə mən bir neçə etibarlı mənbədən informasiya almışam.

 

Bu barədə DİASPOR.AZ-a hazırda Bakıda olan Ukrayna Qarapapq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri, Gürcüstan Türkləri Konfederasiyası (GTK) Ali Məclisinin üzvü Daşqın Gülməmmədov bildirib. O, qeyd edib ki, Ramiz Həsənov və onun qardaşı hazırda Azərbaycan Respublikasının Tiflisdəki Səfiri Dursun Həsənovu son zamanlar ciddi tənqid etdiyim üçün bilməyirlər nə etsinlər. Məni şərlə, böhtanla həbs etdirməyə cəhd etdilər, təhqirlər yazdırdılar, hədələtdirdilər amma heç bir şey edə bilmədilər. Ramiz Həsənov, hökümət üzvüdür, faktiki olaraq oliqarxdır, amma bu o demək deyil o əlindən gələni edə bilər, istədiyi adamı cəzalandıra bilər. 8 iyulda mənim həbsimi şifariş verib, məni 28 gün həsdə saxlatsa da, tam aydın oldu ki, Azərbaycan hüquqi dövlətdir, dərbəylik deyil və hər bir prosses dövlətin nəzarətindədir. Ramiz Həsnova həddini bildirdilər və o geri çəkildi. İndi isə məni susdurmaq üçün məni öldürülməyim üçün sui-qəsd hazırlatdırır. Mən rəsmi şəkildə bəyan edirəm ki, mənə, mənim Azərbaycan və gürcüstanda yaşayan yaxın qohumlarıma qarşı sui-qəsd, fiziki məhvetmə həyata keçirilsə, həbs provakasiyası işə salınsa, ən əsası mən fiziki cəhətdən məhv edilsəm bunun məsuliyyətini məhz 20 avqust 1961-ci ildə Gürcüstan SSR-in Marneuli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, həbsdə olan, ləğv edilmiş MTN-nin generalı Akif Çovdarovun yaxın qohumu Ramiz Ayvaz oğlu Həsənov daşıyır.

 

Artıq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinə rəsmi müraciət hazırlanıb və göndəriləcək, deyə Daşqın Gülməmmədov fikrini tamalamışdır.

 

Məqalədə adı çəkilən şəxslərin və qrumların mövqeyini dərc etməyə hazırıq./DİASPOR.AZ

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300