ABŞ-da aktiv neft quyularının sayı ötən həftə 1 ədəd azalma göstərdikdən sonra bu həftə yenidən artıma keçib. ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı isə avqustun 5-dən avqustun 11-dək davam edən həftə ərzində 5 ədəd və yaxud 0,52% azalaraq 949 ədəd təşkil edib.Bu barədə ABŞ-ın "Baker Hughes" şirkətixəbər verib.

Qeyd edək ki, ABŞ-da aktiv neft-qaz quyularının sayı 23 həftəlik ardıcıl artımdan sonra son 7 həftə ərzində dörd dəfə azalma, bir dəfə sabitlik, iki dəfə isə artım nümayiş etdirib. Nəticədə, ABŞ-da neft hasilatı hesabat həftəsində 7 min barel/gün və ya 0,07% azalaraq 9,423 mln. barel/gün təşkil edib.

Son hesabat həftəsində aktiv neft quyularının sayı 3 ədəd və yaxud 0,39% artaraq 768 ədəd, qaz quyularının sayı 8 ədəd və yaxud 4,23% azalaraq 181 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 0-a bərabər olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 372 və yaxud 93,9%, qaz quyularının sayı isə 98 ədəd və ya 118,1%, ümumilikdə isə neft-qaz quyularının sayı 468 ədəd və yaxud 97,3% artıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,43 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 52,26% aşağıdır.

"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 45-55 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir: "Neftin qiymətinin 45 dollar/barel ətrafında olması ABŞ-da aktiv neft quyularının sayının artmasını ləngidə, 55 dollar/barelə yaxınlaşması isə quyuların sayının artmasını sürətləndirə bilər". (virtualaz.org)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300