Sumqayıt Dövlət Universitetində nə baş verir?
Rektor Elxan Hüseynov və komandası təhsil ocağını məhvə sürükləyir.Sumqayıt Dövlət Universiteti keçmiş rektor Nadir Qəhrəmanovun vaxtında özünün durğunluq dövrünü yaşayırdı.Belə ki, həmin vaxt bu təhsil ocağında problemlər bir-birini əvəz edirdi və tələbələrin tədris prosesinə marağı olduqca aşağı idi. Belə bir vaxtda ölkə başçısının müvafiq sərəncamı ilə SDU-nun rektoru dəyişdi.  
         2014-cü ilin mart ayında Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinə rektor təyin edildi. Məlumat üçün bildirək ki, Elxan Hüseynovun 2002-ci ilədək olan elmi fəaliyyəti onun ali təhsil aldığı Bakı Dövlət Universiteti ilə sıx bağlıdır. O 1985-ci ildə BDU-da (o zamankı Azərbaycan Dövlət Universiteti-red) namizədlik dissertasiyasını müdafiə etmiş, 1994-cü ildə isə dosent elmi adı almışdır. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor – tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır.  
     Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, Elxan Hüseynovun rektor vəzifəsinə təyin edilməsindən sonra universitetdə problemlər, təhsilin keyfiyyətindən narazılıq halları azalmaq əvəzinə, daha da artıb. Etibarlı mənbələrin bildirdiyinə görə, 67 yaşlı Elxan Hüseynov keçmiş rektor Nadir Qəhrəmanovun dövründən qalan problemləri həll etməyə cəhd belə göstərmir: «Sumqayıt Dövlət Universiteti yenə də köhnə problemlərin girdabında çabalayır. Universitetdə təhsilin, təlim-tərbiyənin səviyyəsi çox aşağıdır. Demək olar ki, hər gün tələbələr arasında dava düşür. Bundan başqa, tələbələr imtahanları «köhnə qayda»ilə verir. Kim imtahandan uğurla keçmək istəyirsə, dekanların vasitəsilə rektoru «görməlidir». Əks təqdirdə, imtahandan keçə bilməz.                                                                    Elxan müəllim rektor təyin olunandan sonra burda öz komandasını formalaşdırmağa başladı və buna nail oldu. Rektor öz adamlarını ətrafına ona görə yığdı ki, bəzi işləri asanlıqla həyata keçirə bilsin. Ona yaxın olan şəxslərin sırasında iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Aynurə Yəhyayevanı göstərmək olar. Bu xanım əvvəllər Bakı Dövlət Universitetində işləyib. Məhz Elxan Hüseynovun vasitəsilə dekan vəzifəsinə kimi yüksəlməyi bacarıb. Sözügedən fakültədə təhsil alan tələbələr dekanın qanuna sığmayan işlərindən beziblər, boğaza yığılıblar».                                                                                                                          
Mənbənin bildirdiyinə əsasən, Elxan Hüseynovun SDU-dakı ən yaxın adamlarından biri də köməkçisi Faiq Şirinovdur. Bizə çatan məlumatda qeyd edilir ki, adıçəkilən şəxs məhz rektorun sayəsində köməkçi vəzifəsinə kimi yüksəlməyi bacarıb: «Universitet rəhbərinin bir sıra işlərini o həyata keçirir. Fakültə dekanları, kafedra müdirləri və bəzi müəllimlərlə «danışıq» rektor tərəfindən ona həvalə edilib.              Elxan Hüseynova yaxın olan şəxslərdən biri də universitetin tədris metodiki mərkəzinin direktoru İsabala Qurbanovdur. O, rektorla birlikdə vaxtaşırı olaraq bir sıra məsələləri müzakirə edir və yaranmış problemləri yoluna qoyur.                                                                                                                          Sumqayıt Dövlət Universitetində Elxan Hüseynovdan sonra əsas söz sahiblərindən biri də tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Talıbov Natiq Həsən oğludur. Natiq Talıbov əvvəllər, daha dəqiq desəm 1992-1996-cı illərdə Sumqayıt Dövlət Universitetinin "İnformasiya və kompüter texnikası” kafedrasında laborant, laboratoriya müdiri, 1996-cı ildən informasiya texnologiyaları və proqramlaşdırma kafedrasında assistent, baş müəllim vəzifələrində işləyib. 1997-2014-cü illərdə mühəndislik fakültəsində dekan müavini işləyib və müxtəlif vaxtlarda dekan vəzifəsini icra edib. Bu ilin may ayında Sumqayıt Dövlət Universitetində tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsinə təyin edilib. Onu bu vəzifəyə təhsil naziri Mikayıl Cabbarov   təyin etsə də, prorektor naziri saymır».                                                                    
Gələn saylarımızda universitetdə təmir işlərinin necə aparılması, prorektor Naib Hacıyevin bu zaman göstərdiyi "yüksək performans", tələbə Rumiyyə Qasımovanın intiharının səbəbləri,  kollec   direktorlarının Elxan Hüseynovun kabinetinə nəyə görə toplaşmaları, burda hansı məsələlərlə bağlı müzakirə aparmaları və imtahan sessiyaları üçün tətbiq edilən qiymətlər haqda ətraflı məlumat verməyə çalışacağıq. Tələbələrdən hər imtahana görə yığıldığı bildirilən 60 manat qaydasının 1-ci kurslara nə üçün aid edilməməsinə Natiq Talıbovun maraqlı yanaşmasını da diqqətinizə çatdıracağıq.Bizi izləyin.  
 Yazıda adı qeyd olunan bütün şəxslərin cavab haqqını tanıyırıq.(yenimerkez).

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300