Rusiya Odessaya hücum edə bilmək üçün qondarma Dnestryanı respublikasını özünə birləşdirmək niyyətindədir.

Uluyol.info axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının deputatı İrina Friz deyib.

İrina Frizin sözlərinə görə, rəsmi Tiraspolun Rusiya bayrağını ikinci dövlət bayrağı elan etməsi belə bir fikri səsləndirməyə əsas verir. Xanım Friz ikinci səbəb kimi rusiyalı auditorların qondarma respublikada keçirilən iqtisadi islahatlara yardım etməsini göstərib. Millət vəkili həmçinin Rusiyanın həmin ərazidən Odessaya hücum etmək üçün istifadə edə biləcəyini bildirib.

"Ukraynanın cənub-qərbində vəziyyətin bu cür inkişafı həlledici siyasi və diplomatik addımlar tələb edir. Tiraspolun siyasəti Rusiya tərəfinin növbəti dəfə beynəlxalq razılaşmaların tələblərini pozmasının sübutudur”, - millət vəkili əlavə edib.

Qeyd edək ki, Moldova ilə qondarma Dnestryanı respublikası arasında münaqişə 1989-cu ildə başlanılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300