Saatlıda Maliyyə İdarəsinin rəisi Namiq Bağırov haqda şikayətlər var. 

TİA.AZ-a daxil olan məlumata görə, idarə rəisi tenderlərdə özünə yaxın şirkəti qalib elan edərək büdcə pullarını çırpışdırır.

N.Bağırovun Saatlıda abadlıq işləri üçün ayrılan vəsaitlərin xərclənməsində yol verdiyi maxinasiyalar Maliyyə Nazirliyinə məruzə olunub.

Nazir Samir Şərifova ünvanlanan müraciətlərdə Saatlıdakı idarədə yoxlamalar aparılması və Hesablama Palatasının qurumun fəaliyyətini yoxlaması istənilir.

N.Bağırovun tenderdə qalib gələn MMC-lər hesabına varlanması, Bakıda malikanələrə sahiblənməsi, biznes əlaqələrini genişləndirərək marketlər açması xüsusi qeyd olunub. Hətta maliyyə idarəsinin rəisi gözəllik salonlarını da istifadəyə verib. Saatlıda isə ferması fəaliyyətdədir. Fermada 200 baş iribuynuzlu heyvan, 200 ədəd isə qoyun saxlanır.

Məlumatda bildirilir ki, idarə rəisi uşaq baxçalarının ərzaq pullarını mənimsəyib. O, saxta invertar və yumşaq material qaimələri hesabına körpələrin ərzağını talan edib. Beləliklə, dövlət pulları sayəsində tezliklə biznes imkanlarını artıran N.Bağırov dünənə kimi öz himayəçisinə arxalanıb. Məktub göndərən müəllif qeyd edib ki, idarə rəisi MTN-nin sabiq rəhbəri Eldar Mahmudova yaxın kadr olub. MTN şefinin vəzifədə olduğu dövrdə onun "qılıncının dalı və qabağı”na çıxan olmayıb.

Mahmudova güvənən Bağırov indi himayədarını itirib. Onunla bağlı nazirliyə ünvanlanan müraciətlərin araşdırılacağı gözlənilir.
 
 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300