Ukrayna Rusiyanın Kerç Boğazında körpü inşa etməsinə etiraz edib.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna infrastruktur nazirinin müavini Yuri Lavrenyuk jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, boğazda tikilən körpünün təmir olunması ilə əlaqədar olaraq gəmilərin hərəkəti məhdudlaşdırılıb:
"Gəmilərin hərəkətinin məhdudlaşdırılması Ukraynaya ciddi ziyan vurub. Mariupol və Beryadinsk ticarət limanlarına dəyən zərər hesablandıqdan sonra Ukrayna məhkəməyə müraciət edəcək.