Süleyman Mikayılov «bahalaşma mənlik məsələ deyil» deyərək, insanları binadan çıxartdırıb 

Azərbaycanın müxtəlif rayonlarında bahalaşma ilə əlaqədar keçirilən etiraz aksiyalarından sonra bütün icra başçıları maksimum dərədəcə həssas davrandıqları bir vaxtda, Qaradağın icra başçısı Süleyman Mikayılov problem yaratmağa başlayıb. JAM.AZ xəbər verir ki, icra başçısının atdığı bəzi addımlar isə rayonda durumu gərginləşdirə bilər.

Belə ki, bu gün səhər saatlarında Qaradağ İcra Hakimiyyətində qəbula gələnlərlə icra başçısı arasında narazılıq yaranıb. Daha doğrusu, bahalaşmayla bağlı etirazlarını dilə gətirən və tədbir görmək üçün Süleyman Mikayılovdan yardım istəyən insanlar qəbuldan qovulub. Bu isə camaatla rəhbərlik arasında narazılığın yaranmasına səbəb olub. 

JAM.AZ-a məlumat verən şəxsin dediyinə görə, icra başçısı qəbula gələnlərə deyib ki, məsələ onluq deyil. 

Maraqlıdır, əgər rayona rəhbərlik etmək Süleyman Mikayılovluqdursa, bəs, bahalaşmayla bağlı tədbir görmək kimlikdir? Axı, indiki həssas məqamda icra başçıları maksimum dərəcədə ortalığı sakitləşdirməyə, insanları dinləməyə çalışır ki, sabah problem yaşamasın. Amma görünən odur ki, Qaradağın icra başçısı ya vəziyyəti yaxşı analiz edə bilmir, ya da qorxusuzluğu o həddədin ki, yaşanacaq olaya əhəmiyyətsiz yanaşır. 

Qarşı tərəfi dinləməyə hazırıq. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300