Akif-Selimov-1

Laçının icra başçısının 500 hektarlıq balıq vətəgəsi, 700 başlıq ferması, istirahət evi və diəgr obyektləri varmış

Laçının icra başçısı Akif Səlimovdan narazı qalan rayon sakinlərinin etmədikləri şikayət qalmayıb. İllərdən bəri davam edən bu şikayətlərə isə əhəmiyyət verən yoxdur. Səbəbinin nə olduğu bilinməsə də, bəlli olan odur ki, Səlimovun arxasında dayanan güc daha qüdrətlidir. Üstəlik, həmin «güc» laçınlıların əzilməsində daha çox maraqlıdır.

Səlimovun «daydayı»: Zakir Fərəcov

Qeyd edək ki, Zakir Fərəcov da Laçındandır və onun mövqeləri kifayət qədər güclüdür. Aztoday.az xəbər verir ki, Fərəcov hələ Abşeron rayonunda icra başçısı olarkən Akif Səlimovun icra başçısı olması üçün çalışırdı və istəyinə də çatdı. Amma qəribə budur ki, əslən Laçından olan Sumqayıtın hazırkı icra başçısının öz həmyerlilərinə qətiyyən rəhmi gəlmir. Və bu səbəbdən də Akif Səlimov kimi işini bacarmayanı vəzifə başına gətirtməklə onlara iki qat zülm etmiş olub.

zakirrrrBəs, Fərəcovun laçınlılara olan «düşmənçi»liyinin arxasında nə dayanır? Bunu heç laçınlılar da bilmirlər. Onlar Zakir Fərəcovun yerliləri olduqları halda hər hansı pislik etmədiklərini deyirlər. Amma əvəzində olmazın pisliklərlə üz-üzə qaldıqlarını vurğulayırlar.

 

 

Balıq biznesi

Akif Səlimovun biznesə malik olduğunu bilməyən yoxdur. Aztoday.az-a daxil olan məlumatlar göstərir ki, bu biznesin əhatə dairəsi xeyli genişdir. Başda fermalar olmaqla, istirahət mərkəzləri və digər obyektlərinin varlığı da sirr deyil. Amma onların indiyə qədər fotoları üzə çıxmayıb.

baliqElə Səlimovun doğulduğu Qaraqışlaq kəndinin sakinlərinin göndərdiyi fotolardan da aydın görünür ki, icra başçısı özünə böyük maliyyə imkanları yaradıb. Hərçənd qanunla dövlət qulluqçusunun bizneslə məşğul olması qadağandır.

Qeyd edək ki, Akif Səlimovun Laçın Obaları deyilən ərazidə 500-700 hektar sahədə balıq vətəgələri var. Həmin vətəgələri yaratmaq üçün onun xeyli pulu çıxsa da, çoxdan xərclədiklərini çıxarıb. Çünki mütəmadi olaraq bu vətəgələrdən tonlarla balıq çıxarılıb, satılır.

 

Fermalar yan-yana

fermaAkif Səlimovun balıq vətəgələri ilə yanaşı, iri fermaları da var. İri və xırdabuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulmuş bu fermalarda ən minimum 650-700 baş qoyun bəslənilir. İnəklərin sayı isə bəlli deyil.

Aztoday.az-ın əldə etdiyi məlumata görə, Laçının icra başçısının heyvanlarının bəslənilməsi üçün bütün şərait var. Onlara bir neçə çoban və naxırçı nəzarət edir. Həmin çobanlara aylıq cüzi miqdarda maaşın verilməsi isə insafsızlıq kimi qiymətləndirilməlidir. Çünki onlar ehtiyac üzündən bu işə qol qoyublar və icra başçısı da onların ehtiyaclarından yararlanaraq, daha az maaşla işlədir.

evÇobanlara göstərilən münasibət onların qaldığı komalardan da məlumdur. Belə ki, naxırçı və çobanlar üçün Akif Səlimovun istirahət evindən qat – qat aşağı səviyyədə olan palçıqdan tikilmiş komalar verilib. Və bunların bir birinə yaxınlıqda yerləşməsi isə artıq biabırçılığın təzahürü və Laçının icra başçısının onlara insan kimi baxmadığının subutgöstəricisi kimi qəbul edilməlidir.

Laçınlılara yuxarıdan aşağı baxan rəhbər

yollarİşin əcaib tərəfi odur ki, Akif Səlimov hər sahədə özünü laçınlılardan üstün tutur. Onun çobanlara göstərdiyi münasibətdən başqa, ayrı-ayrı obalara gedən yolların da fərqi var. Məsələn, Səlimov istirahət evinə gedən yolu daşlatdırıb ki, palçıq o qədər də çox olmasın. Amma obalara gedən yolların bərbad vəziyyətdə olması, dizə qədər palçığın içində qalmasını camaat aşkar şəkildə görür.

yolllCamaat deyir ki, Akif Səlimovun bu hərəkətləri artıq onları təngə gətirib. Dəfələrlə etirazlarını bildirsələr də, nəticə hasil olmayıb. Amma işlərin bu şəkildə davam edəcəyini də güman etmirlər. Vurğulayırlar ki, heç bir şəkildə icra başçısı özünü onlardan fərqləndirməməli və yuxarıdan aşağı baxmamalıdır. Əgər belə hal varsa, el-obanın qədrini bilməmiş sayılar və onun istefasına qədər tələblərinə davam edərlər.

İdarə müdirləri aylığa buraxılıb?

yoncaAztoday.az-ın əldə etdiyi bir başqa məlumatda isə vurğulanır ki, Akif Səlimov maraqlı qazanc yeri tapıb. Onun bütün idarə və müəssisə rəhbərlərini aylıq müqabilində buraxdığı deyilir. Yəni, icra başçısı müxtəlif idarə və müəssisə rəhbərlərindən aybaay pul alaraq, onların sərbəst şəkildə işləmələrinə şərait yaradıb. Elə bu səbəbdəndir ki, Laçının baş həkimindən tutmuş, təhsil şöbəsinin müdirinə qədər yerində tapmaq olmur. Onları mütəmadi olaraq Bakıda görmək isə adət şəklini alıb. Çünki həmin məmurların Bakıda ticarətləri var və bütün güclərini də həmin bizneslərini genişləndirməyə yönəldiblər.

P.S. Bu bizə göndərilən məlumatın müəyyən bir qismidir. Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300