Bir neçə gündür Azərbaycan Güləş Federasiyası ilə milli komandanın güləşçiləri arasında baş verən maaş qalmaqalı gündəmi zəbt edib.

Güləşçilərin mətbuata səs-küylü açıqlamasından sonra Federasiya adından milli komandanın baş məşqşisi açıqlama yayaraq güləşçiləri demək olar ki, xəyanətlə günahlandırdı.

Uluyol.info ölkə.az-a istinadən xəbər verir ki, bu gün Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovun oğlu Elşən Cəfərovun bahalı avtomobillərinin, lüks həyatının fotoları yayılıb.

Təqdim edəcəyimiz fotolardan da göründüyü kimi yeniyetmə Cəfərovun bir-iki günlük xərci güləçilərə verilən maaşdan az deyil.

Qeyd edək ki, fotolardakı "333” nömrəli avtomobil AGF-nin Vitse-prezidenti Elçin Cəfərovun, "777” nömrəli nəhəng avtomobil isə yeniyetmə oğluna məxsusdur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300