Bu gün Milli Fikir Mərkəzinin ofisində MFM Tərcümə Şöbəsi tərəfindən tərcümə olunub, "Kitabıstan” tərəfindən nəşr edilmiş, Etatizm Akademiyası seriyasından 4-cü kitabı- Armstronqun Atatürk haqqında yazdığı "Bozqurd”un təqdimatı keçirilib.

Milli Fikir Mərkəzinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, senzurasız nəşr edilən kitab Azərbaycanda ilk dəfə tərcümə edilib. Mustafa Kamal Atatürkün ilk bioqrafiyası olan "Bozqurd” Türkiyədə senzura ilə nəşr edilib.

Tədbirdə MFM sədri Şəhriyar Məcidzadə çıxış edib:

"Biz dünyanın ən ciddi əsərlərinin Azərbaycan dilinə tərcümə olunmasında maraqlıyıq və sizin ciddi əsərlər oxumağınız bizim priotet saydığımız məsələlər sırasındadır. Bir neçə il əvvəl bu kitabla tanış olduğum zaman qənaətim bu idi ki, bu kitab hesabatdır. İstər məzmun baxımından, istər əsərin quru cümlələrlə yazılmasına görə məndə belə bir fikir formalaşdırdı ki, bu, o zamanlar Türkiyədə fəaliyyət göstərən qurumların Mustafa Kamal haqqında hazırladığı hesabatlardandır”.

Daha sonra "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, "Kitabıstan” koordinatoru Nicat Həşimzadə çıxış edərək yeni kitab haqqında müsbət fikirlər bildiriblər.

Qeyd edək ki, Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsi bundan öncə Qriqoriy Petrovun "Bəyaz zanbaqlar ölkəsində”, Teodir Hertslin "Yəhudi dövləti”, Dhirenda Mohan Datta və Mahatma Qandinin yazılarından ibarət olan "Qandinin liderlik fəlsəfəsi” kitablarını tərcümə edib.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300