Kvebekdən olan kanadalı təqaüdçü ikinci dəfə lotereyada 1 milyon Kanada dolları udub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 69 yaşlı Jul Paran onlayn-lotereyada 1 222 069 Kanada dolları udub. İlk dəfə kanadalı onlayn-lotereyada 2008-ci ildə 1 milyon dollar udmuşdu.
"Bəlkə mən xoşbəxt ulduz altında doğulmuşam", - Paran deyib.