Bu gün  Xüsusi Təyinatlı Qüvvələrin giziri şəhid Elimdar Səfərovun xatirəsinə salınmış parkın açılışı olub.
 Neftçala rayonu Aşağı Qaramanlı kəndində kompleksin açılışına Azərbaycanımızın demək olar ki, hər guşəsindən qonaqlar təşrif buyurmuşdu. Xüsusi qeyd olunacaq məqam isə, gələn qonaqların əksəriyyəti hərbiyə bağlı, şəhid ailələri idi. Şəhid ailələri ilk olaraq şəhid Elimdar Səfərovun Aşağı Qaramanlı kənd qəbiristanlığında məzarını ziyarət etmişlər. Daha sonra açılışa qədər şəhid ailələri bir-birləri ilə münasibət yaratmış və bu kimi tədbirlərin ənənəvi hal alması üçün çalışacaqlarını vurğulamışlar. Parkın açılışında Aşağı Qaramanlı kənd icra nümayəndəsi Elşən Bağırov, şəhidimizin sinif rəhbəri Narıngül Əsədova, Neftçala rayon Hərbi komissarı polkovnik-leytinant Turan Əliyev, hərbi mahnıları ilə ürəkləri oxşamış Şəmistan Əlizamanlı və şəhid anaları çıxış etmişlər.
Şəhid Elimdar Səfərovun xatirəsinə salınmış park Respublika səviyyəsində ilk işdir və bu kimi layihələrin ənənəvi olaraq bütün regionlarda davam etdirilməsi lazımdır. Ümid edək ki, xeyirsevər insanlarımız bu kimi layihələrə təşəbbüs göstərəcək və bütün Azərbaycan şəhid parkları ilə gözəlləşəcək.
Elimdar Səfərovun xatirəsinə salınmış parkın özəlliklərində biridə parkda indiyə qədər Vətən torpaqlarının bütövlüyü uğrunda canını fəda etmiş Neftçala qəhrəmanlarının şəkilləri yer alıb. 167 şəhidimizin fotoları, isimləri, doğum və şəhadət günləri yer alıb. Bundan əlavə Aprel döyüşlərində şücaət göstərmiş, şəhidlik məqamına çatan Vətən oğullarının şəkillərindən ibarət stend hazırlanıb. Parkın həyətinə 7 minə yaxın müxtəlif cür güllər əkilmiş, 20-yə qədər böyük ağaclar, fəvvarə, yerinə daş piltələr, divarına isə ağ lay daşlardan istifadə olunmaqla möhtəşəm Şəhidlər Parkı ərsəyə gəlmişdir.
Uluyol.info olaraq "Şəhidlərimizi hər gün anaq" və "Şəhidimdən danış" layihələri çərçivəsində indiyə qədər onlarla yazılarımız-reportajlarımız dərc olunub. Bu gün mətbuatın üzərində düşən birinci iş , məhz şəhidlər, şəhidlik, şəhid ailələri və bu yolun təbliğatı olmalıdır. Təəssüf ki, iş görülsədə müəyyən ləngiləmələr var ki, buda işin ziyanınadır. Qarabağ döyüşçülərinin çoxunun valideynləri artıq haqq dünyasındadır. Ona görə də şəhidlərimiz haqqında valideynlərinin xatirəsi olmaqla reportajlara başlamaq lazımdı. Bu işdə, bu yönümdə çalışan bütün həmkar dostlarımıza uğur arzulayır və Allah dərgahında sağ olan şəhidlik məqamına xatir tezliklə şəhidlərimizin qisasını almaq nəsibimiz , mətbuat olaraq o xoş xəbəri yayımlamaq qismətimiz olsun.
Parkın açılışı ilə bağlı foto və videoları əlavə edəcik, bizi izləyin...

Saday Fərəcov, uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300