"İnzibati Xətalar Məcəlləsinin 122.1-ci və 329-cu maddələrinə əsasən, təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə edən sürücü barəsində gün ərzində cəmi 1 dəfə olmaqla yollardakı kameralar vasitəsilə çəkilərək elektron protokol (MMX) tərtib oluna bilər".

"Qaynarinfo" xəbər verir ki, bu sözləri "Diqesta” hüquq firmasının rəhbəri, nəqliyyat eksperti Ərşad Hüseynov Feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, belə sürücü nəzəri olaraq hər 200 metrdən bir DYP əməkdaşı tərəfindən şəxsən saxlanılaraq kəmər taxmamağa görə təkrarən cərimələnə bilər:

"Ona görə də kəməri bağlamadan sürməyin. Kəməri bağlamamaq sürücünün etdiyi ən məntiqsiz qayda pozuntusudur. Ötən il yeni Məcəllə qəbul ediləndə bunu geniş şərh etmişdim. Amma son günlər dalbadal 3-4 nəfərdən eyni sual gəlməsini nəzərə alıb bir daha qısaca xatırlatdım”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300