serhedinfo

Neftçala rayonunun Yeni Qışlaq bələdiyyəsinin sədri, 1940-cı ildə anadan olmuş Orucov İmanxan İsbər oğlu 5 gün əvvəl, yanvarın 9-da özünə məxsus "Mitsubishi" markalı, dövlət nömrə nişanı 47 BD 506 olan avtomobili sərxoş vəziyyətdə idarə edərkən Neftçala Rayon Polis Şöbəsinin DYP müfəttişləri tərəfindən saxlanılıb. Amma bələdiyyə sədri onu saxlamış DYP işçilərinə müqavimət göstərərək, sərxoşluq vəziyyətinin müayinəsindən boyun qaçırıb.

Hadisə yerinə çağrılmış post-patrul xidmətinin əməkdaşları İmanxan Orucovu Neftçala Rayon Polis Şöbəsinə gətirdikdən sonra həkim müayinəsi aparılıb və onun içkili vəziyyətdə olduğu təsdiqlənib.

Uluyol.info-nun virtualaz.org-a istinadən məlumatına görə, bələdiyyə sədri barəsində toplanmış inzibati xəta tərkibli material (maddə 156.1) hüquqi qiymət verilməsi üçün Neftçala Rayon Məhkəməsinə göndərilib. Hazırda iş məhkəmənin icraatındadır.

Onu da qeyd edək ki, yerli polis şöbəsi İmanxan Orucovun bu qanuna zidd əməli barədə Neftçala Rayon İcra Hakimiyyətinə də təqdimat göndərib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300