Bu gün Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağın
statusu və ərazilərin qaytarılması məsələsində ziddiyətlər o qədə dərindir ki,
üfüqdə heç bir nizamlanma əlamətləri görünmür
Bu barədə ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi "Stratfor”un məruzəsində
bildirilir.
"Stratfor” təhlilçiləri qeyd edirlər ki, Fransa bu yaxınlarda Əliyevlə Sərkisyan
arasında sammit təşkil etməyə çalışıblar, lakin bu səylər nəticə verməyib.
"Rusiya sülh prosesinin irəliləməsində maraqlıdır, bir şərtlə ki, ona regionda
öz qoşunlarını yerləşdirməyə icazə versinlər”-məruzədə deyilir.
Amerikalı təhlilçilərə görə əgər Azərbaycan ötən ilin aprelində olduğu kimi
qısamüddətli hərbi əməliyyatlarda ərazilərin bir hissəsini geri qaytarmağa cəhd
eləsə Moskva regiona qoşun yeridə bilər. Əks halda Rusiyanın məqsədi münaqişənin
nizamlanması halında regionda özünün sülhməramlı qüvvələrinin yerləşdirilməsi məsələsini
qoyacaq.
"Stratfor” bildirir ki, Azərbaycan münaqişənin nizamlanmasından ümidini üzüb
silahlanmanı davam etdirir, öz arsenalını gücləndirir. Rusiya və İsraildən
milyardlarla dollarlıq silah alır. Ermənistan isə münaqişəyə görə getdikcə daha
çox təcrid vəziyyətinə düşür.
"Dördgünlük müharibə Rusiyanın dəstəyinin hüdudlarını göstərdi, İrəvanın
Moskvanın dəstəyi məsələsində ümidləri doğrulmadı. Azərbaycan regionda
Rusiyanın əsas tərəfdaşı olmaq məsələsində Ermənistanı sıxışdırdıqca Yerevanda
narahatlıq artır ki, Moskva Dağlıq Qarabağ üzərində nəzarəti Bakıya verə bilər.
Buna cavab olaraq Ermənistan özünün xarici siyasətini şaxələndirmək üzərində
işləyir, Avropa İttifaqı ilə sıx əlaqələr yaratmağa çalışır. NATO ilə əməkdaşlığı
genişləndirir”-məruzədə göstərilir.
"Stratfor” təhlilçiləri ötən ilin aprel döyüşlərindən sonra Dağlıq Qarabağ
münaqişəsi ətrafında çox şey dəyişib. Ermənilər növbəti qəfil həmlə ehtimalına
qarşı təmas xətti boyu hərbi texnika yerləşdirib. ABŞ-da yeni administrasiya
hakimiyyətə gəlib və onun Rusiyaya dair mövqeyindən Qarabağ danışıqlarında çox
şey asılı olacaq.
"Qarabağda yeni müharibə riski heç vaxt olmadığı qədər yüksəkdir. Bununla belə
Azərbaycan Rusiyadan dəstək almasa ərazilərini geri almaq üçün ötən ilin
aprelindəkinə bənzər hərbi əməliyyatlara cəhd etmək istəmir. Lakin məsələ ondadır
ki, Bakı başqa yanaşmanı sınaqdan keçirmək istərdimi-məsələn, hərbi təyyarələri
də tətbiq etməklə Dağlıq Qarabağ uğrunda irimiqyaslı hərbi əməliyyatlara
başlamaq kimi. Bu halda isə Ermənistan özünün raket sistemlərini tətbiq edəcək,
Sərkisyan "Qarabağı qorumaq üçün tərəddüd etmədən bütün arsenalı işə
salacağını” deyib”-məruzədə deyilir. (virtualaz)
Ulu Yol Xəbər portalı » Baş Xəbər » Qarabağda yüksək müharibə riski: Azərbaycan bu dəfə aviasiyasını işə salacaqmı
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/