İlahiyyatçı-yazar Tural İrfan Qarabağ mövzusunda yazdığı kitabın çapı üçün xalqdan kömək istəyib.Uluyol.info yazarın xalqa müraciətini təqdim edir:

 "Azərbaycan Yazıçılar, Jurnalistlər və Aşıqlar birliklərinin fəal üzvü, universitet müəllimi-ilahiyyatçı, beş kitab müəllifi olaraq xalqımızın dözülməz dərdi olan Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlarımız, həmçinin talanmış tariximiz, o da qalanmış adidələrimiz haqda öz yazıçılıq fəaliyyətimizi səfərbər edərək təxminən altı il ərzində tarixi bir roman yazdım. İki il əvvəl başa çatdırdım.
Xüsusən Qazax rayonu ərazisində Bağanıs Ayrım kəndində erməni qaniçənlərinin törətdiyi qəddarlığı və xalqımızın tarix boyu hansı əzablara düçar edildiyi faktları detalları ilə birgə həssaslıqla bədii dildə qələmə aldım.

Milli dərdimiz olan erməni məsələsi məni vadar etdi ki, bu əsəri mən daha da təkmilləşdirim ki, indiyəcən deyilmiş və yazılmış sözlərdən fərqli olsun. Dəyərli alimlərimiz, din xadimlərimiz-ilahiyyatçılarımız, jurnalist və qələm adamlarımız, ən əsası da canlı şahidlərlə, əsərin qəhrəmanları (obrazları) ilə geniş fikir mübadiləsi apardıq və nəticədə həmin simaların təklif və iradları da nəzərə alınaraq əsər daha da mükəmməl hala gətirildi. Hətta tanınmış və mənsəb sahibi olan insanlar da müsbət rəy verdilər.

Qeyd edim ki, müharibə dövründə yaşadığımız, işğaldan, soyqırımdan əziyyət çəkdiyimiz bir dövrdə belə bir əsərin bədii formada ortaya çıxmasına həm ehtiyac həm də tələb olduğunu hiss edirəm. Amma əfsus ki, bu əsərin işıq üzü görməsi üçün mənim maddi imkansızlığım və kömək etmək iqtidarında olanların da bilmirəm xalqın dərdinə biganəliyi, yoxsa bu əsərə biganəliyi üzündən daşa dirənib. Təvazökarlıqdan uzaq olmasın: illərlə üzərimdə zəhmət çəkib millətin dərdindən şam kimi əriyərək yarısını xəstəxanalarda yazdığım bu romana heyfim gəlir. Mən bu əsəri özüm və şəxsi mənafeyim üçün yazmamışam. Mən bu romanı, tarixi əhəmiyyətli milli əsəri xalqımız və ümumi problemimizin həlli üçün yazmışam. Nadir mənbələrdən, gizlədilmiş faktlardan, real şahidlərdən istifadə edilərək tamamlanmış yazıda bu günki günümüzə sirayət edən çox məqamlar vardır. Milli ağrılarımızın əsl səbəbinə güzgü tutmuşam bu əsərdə...

Xülasə. Məni ağrıdan odur ki, cürbəcür eyş-işrətlərə, bahalı avtomobillərə, lazımsız işlərə milyonlar qurban verilən bir yurdda millətin dərdindən yazılmış bir kitabı üzə çıxardammırıq...

Dollarlarla qalanan samovarın pürrəng çayı ayı kababının üstündən ləzzət edir bəzilərinə. Ancaq erməni vəhşiliyinin körpələrimizə, keçmişimizə-gələcəyimizə vurduğu və vuracağı zərər-ziyan çoxlarının eyninə gəlmir. Mən səkkiz ildir ürəyimin ağrısı, ruhumun titrəyişi, qazsız və işıqsız otaqlarda, gah da xəstəxana palatalarında, kif iyi verən kitabxana künclərində yazdığım, xalqıma vermək istədiyim töhfəni çap pulu səbəbi ilə xalqıma təqdim edə bilmirəmsə, bu mənə əsəri yazanda keçirdiyim həyəcan və ağrılardan daha ağır gəlir...

Mən yazaram, biznesmen deyiləm. Son zamanlar kasıb yazıçılardan pulla əsər alıb öz adına çap etdirən məmurlar da peyda olub. Artıq bəziləri yazıçılığı-şairliyi də inhisara alıb. Qədirbilən, kasıb xalqıma müraciət edirəm.

Kasıb mərd olar, ona görə...

Şəhid vermiş, erməni qəddarlığından əzab çəkmiş vətənsevərlərə səslənirəm;

Sizin yanğınızı, erməni xəyanəti və düşmənçiliyindən çəkdiyiniz bütün əzabları, sanki öz hiss-həyəcanınızla elə sizlərin öz dilindən qələmə aldığım bu tarixi əsərin çapına yardım edin. Milli ruhu olan, milli qüruru paradan üstün tutanlara üz tuturam...

Ola bilsin ermənilərin iç üzünün açıldığı bu və bu kimi yazıların nəşr edilməsini arzulamayanlar da yox deyil.

Əgər ölkəmizdə bu kitabın nəşrinə nail ola bilməsəm, məcbur qalaraq erməni xəyanətindən əziyyət çəkmiş qardaş Türkiyəyə üz tutacağam ki, haqqın səsi quyuda qalmasın”.

Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300