Müsavat Partiyası Səbail təşkilatının sədri müavini İlkin Bayram polisə çağırılıb. Bu haqda "Basta”ya İlkin Bayram özü məlumat verib.

"8-ci polis bğlməsində sahə rəisi, mayor Arif Əsgərov mənə suallar verdi, siyasi fəaliyyətimi soruşdu. Dedim Müsavat Partiyası Səbail rayon təşkilatında sədr müaviniyəm. Sualının biri də bu oldu ki, işləmirsən, partiya maliyyələşdirir sizi? Dedim dövlət partiyaları maliyyələşdirməlidir, biz yox, partiya bizim ödədiyimiz üzvlük haqlarından asılıdır. Şəxsiyyət vəsiqəmin sürətini aldı. Biz sizinlə tanış oluruq dedi”, – İlkin Bayram bildirib.

"Mənə dedilər ki, sizi sadəcə pasport qeydiyyatına almaq üçün dəvət etmişik. Amma bu siyasi təzyiqdir. Hələ2011-ci il aprelin 2-də Əfqan Muxtarlı ilə məni həmin bölmədə qeydiyyata almışdılar. Bu cür təzyiqlərlə əvvəllərdə üzləşmişəm. 2009-cu ildə siyasi əqidəmə görə özəl neft şirkəti olan "Gulf Drilling Sapley” şirkətindən İlham Babayev tərəfindən çıxarılmışam”.

Məlumatı dəqiqləşdirmək üçün mayor Arif Əsgərova zəng etdik. Sahə rəisi müsavatçını bölməyə dəvət etdiyini təsdiqlədi: "Bəli, bütün vətəndaşlar kimi İlkin Bayram da qeydiyyat üçün dəvət olunub. Onun nə işlə məşğul olduğunu, hansısa dini təriqətə, yaxud partiyaya üzv olub-olmadığını soruşmuşuq. Məlum olub ki, Müsavat Partiyasının yerli təşkilatında sədr müavinidir”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300