Maraqlıdır, bu ölkənin qeyri-məhdud səlahiyyətlərə malik olan Prezidentini, Ali Baş Komandanını rahat buraxmayan duyğu nədir?

Bu sözləri Müsavat başqanı Arif Hacılı öz "Facebook” səhifəsində yazıb.

"Yaşar Türkazər zəng vurmuşdu.

Ağdamın kəndlərində olub. Əhalinin acınanaqlı dolanışığından, su qıtlığından əziyyət çəkmələrindən, başlıcası isə qorxudulub vahimə içində yaşamalarından danışdı.

…Bu gün marketə getmişdik. Təqribən yaşıdım olan bir nəfər bir banka "Sana” yağı, yanındakı nəvəsinə isə "kinder sürpriz” almışdı. Buna da pulu çatmadığı üçün sıxılırdı, amma tanıdığım bu adam üçün mənim bunu başa düşməməyim çox vacib idi…

Mənim Zeynəb nənəm danışardı ki, Həzrət Əli döyüşlərdə olanda Fatimeyi Zəhra çörəyi gün altında qurudub yeyirmiş.

Deyirmiş ki, bizim uğrumuzda quru çörək yeyənlər varsa, bizə yumşaq çörək halal olmaz.

Ölkəmin bu durumu, işğal altındakı torpaqlarımız, yurdlarını tərk etməyə məcbur olmuş, əyilmədiyi, indiki vəhşi qaydalara uyğunlaşa bilmədiyi üçün yoxsulluğa məhkum edilmiş milyonlarla vətəndaşımızın acı həyatı məni çox incidir.

Müsavat başqanı kimidərk etdiyim məsuliyyət hissi, vəziyyəti dəyişdirə bilməməyimin məyusluğu məni əzir.

Son illər məni rahat buraxmayan əsas duyğu budur.

Maraqlıdır, bu ölkənin qeyri-məhdud səlahiyyətlərə malik olan Prezidentini, Ali Baş Komandanını rahat buraxmayan duyğu nədir?

O, qeyd etdiyim məsələlərə, ölkə vətəndaşlarının faciəli həyatına görə də məsuliyyət daşıyan birinci şəxs olduğunun fərqindədirmi?” – Arif Hacılı yazıb. //bastainfo.com

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300