"Kickstarter” saytında "ağıllı” üzük üçün vəsait toplanışı üzrə kampaniya keçirilir.

Uluyol.info Azərtac-a istinadən xəbər verir ki, "Orii” adlanan qurğu şəhadət barmağına taxılan və "bluetooth” vasitəsilə smartfonla sinxronlaşan böyük üzükdür.

Üzüyün işi sümük keçiriciliyinə əsaslanır: zəng daxil olan zaman "Orii” istifadəçisi barmağını qulağa yaxınlaşdıraraq həmsöhbətini eşidə biləcək. Həmçinin hətta güclü kənar səs-küydə yaxşı eşitmək təmin olunacaq.

Bundan başqa, üzük smartfondan istifadə etmədən "Siri” və "Google Now” səsli köməkçi funksiyalarının xidmətlərindən istifadəyə imkan verir. "iOS” və "Android” əməliyyat sistemləri üçün xüsusi "Orii” mobil əlavəsi vasitəsilə bildirişləri üzüyə yönəltmək (onlar barədə quraşdırılmış LED indikator xəbər verəcək) mümkün olacaq. Qurğunun avtonom iş vaxtı gözləmə rejimində 45 saat, danışıq rejimində təxminən 30 saat təşkil edir.

Bildirilir ki, layihə üçün minimum 30 min dollar tələb olunsa da, artıq 135 min dollardan çox vəsait toplanıb. Kampaniya avqustun sonunadək davam edəcək. Sifarişçilər üçün ilk tədarüklər 2018-ci ilin fevralına planlaşdırılır. "Kickstarter” saytında üzüyün qiyməti 119 dollar təşkil edir.

 

Barmağı telefona çevirən

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300