Şirvanın icra başçısı rayonu necə vəhhabi mərkəzinə çevirdi...

 

Mərdan Camalovun radikal dindarlarla biznes əlaqəsinin olduğu deyilir 

 


Eldar Mahmudov tutduğu vəzifədən uzaqlaşdırılandan sonra onun göstərişi ilə həyata keçirilən bir çox qanunsuzluqlar üzə çıxmağa başladı. Məsələn, məlum oldu ki, ölkədə vəhhabiliyin yayılmasına, bu təriqət üzvlərinin biznes şəbəkəsinin şaxələnməsinə, genişlənməsinə "mahmudovçu”lar hər cür köməklik göstəriblər. Bunun qarşılığında Dubaydan "mahmudovçu”ların hesablarına milyonlar axıb. MTN-dəki cinayətkar çetenin bir neçə illik fəaliyyəti nəticəsində ölkədə sabitliyi poza biləcək bir cərəyanın möhkəmlənməsinə şərait yaradılıb. 

Eldar Mahmudovun əmisi nəvəsi Yalçın Mahmudovun Sumqayıtdakı vəhhabilərin başında dayanması haqda yazdıqlarımız da qeyd olunan fikirləri tamamlayır. 
E.Mahmudov vəzifəsindən çıxarılandan, MTN bir qurum kimi faktiki olaraq ləğv olunandan sonra belə təəssürat yaranmışdı ki, vəhhabilərin Azərbaycanda dayaqları məhv edilib. Amma gələn məlumatlar bunun əksini deyir. 

Musavat.com-a daxil olan məlumata görə, müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Mərdan Camalovun vəhhabi təriqəti ardıcılları ilə yaxşı münasibətləri var. Bu üzdən M.Camalovun icra başçısı olduğu rayonda -  Şirvanda vəhhabilərin sıraları günü-gündən artmaqdadır. Əvvəllər də mətbuatda bu haqda yazılar dərc olunub. 

Məsələn 14 aprel 2014-cü ildə axar.az saytında "Şirvanda vəhhabilər fəallaşır” (http://axar.az/m/view.php?id=14508sərlövhəli yazıda bu haqda məlumat verilir. 

Həmin yazıdan sitat: "Şirvan şəhərində vəhhabilər fəallaşır. Sələfi təriqətinə üzv olanların sayı şəhərdə günbəgün artır. Deyilənə görə, bir neçə gün əvvəl bir qrup vəhhabi şəhərin mərkəzində yerləşən xüsusi mənzilə toplaşıb. Mənzili ibadət evi kimi istifadə edən sələfilər namaza gəlir, ibadət edir, müzakirələr aparırlar: "Əvvəllər də bu cür toplaşdıqlarını görürdük. Amma son bir ayda bu mənzilə gəlmələri daha da intensivləşib. Əvvəllər məscidə yığışardılar. İndi fərdi evlərdə gizlin şəkildə toplaşırlar. Bu da insanlar arasında narahatlığa səbəb olur. Təqribən 10-15 bahalı maşın hər gün bu evin qarşısında dayanır. Heç kimin onların nə etdiyindən xəbəri yoxdur”. 

Bundan başqa 6 iyul 2015-ci ildə Şirvanda Müdafiə Sənayesi Nazirliyinin Telemexanika zavodunun sexlərindən birində güclü partlayış baş vermişdi. 1 nəfərin öldüyü, 19 nəfərin yaralandığı partlayışdan sonra Şirvanda belə bir xəbər yayılmışdı ki, hadisədə vəhhabi izi var. Zavodun direktoru Usubağa Məmmədov "Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində məlumatın araşdırıldığını açıqlamışdı.  

Qeyd edək ki, Şirvan rayonu ilə qonşu olan Salyan rayonunda rəsmi məlumatlara görə 30 vəhhabi var. 

Onlardan biri sahib olduğu mağazaya yezid adı qoyaraq rayonda ciddi narazılıq yaratmışdı. Ara qarışandan və rayon rəhbərliyi məsələyə müdaxilə edəndən sonra yezidin adı  mağazanın üzərindən söküldü. Şirvanda isə vəhhabilərin biznesinin genişlənməsi üçün münbit şəraitin olduğu deyilir. 

Deyilənə görə, başçı Mərdan Camalovun vəhhabilərlə  biznes şərikliyi var. Bu məlumatı redaksiyamıza verən mənbə bildirdi ki, bu haqda daha detallı faktlara sahibdir. Onun bildirdiyinə görə, Şirvanda radikal dindarların güclənməsində Camalov qardaşlarının xüsusi marağı var. Söhbətin burda təkcə biznes maraqlarından getmədiyi vurğulanır. 

Mövzunu davam etdirəcəyik. 

E.HÜSEYNOV

 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300