''Ya görüş verilmir, ya da nəzarətçi yanımızda dayanır''

 

Həbsdə olan jurnalist, jam.az saytının redaktoru Fikrət Fərəməzoğlunun ailəsi ilə görüşünə və telefonla danışmasına maneə yaradılır.

 

Bu barədə Meydan TV-yə jurnalistin həyat yoldaşı Faiqə Nösrəti məlumat verib. Bildirib ki, həyat yoldaşı ilə görüşünə hər dəfə problem yaradırlar:

 

"Ya görüş verilmir, ya da nəzarətçi yanımızda dayanır. Adicə evimizə aid olan sözləri danışa bilmirik. Bununla bağlı rəhbərliyə dəfələrlə müraciət etmişəm. Problemi həll etmək yerinə, bizə hədə gəliblər. "Elə eləmiyin görüşü kəsək”, - deyiblər. Sonda məcbur olub ədliyyə naziri Fikrət Məmmədova teleqram vurdum. Təkcə görüşə yox, zəngə də mane olurlar. Dünən oğlunun ad gününü təbrik etmək üçün aramışdı. Danışığı yarımçıq kəsdilər”.

 

Faiqə Nösrəti bütün bunları onlara qarşı mənəvi təzyiq kimi dəyərləndirir: "Etdikləri qanunsuzdur. Mübarizəmizi sonacan davam edəcəyik”.

 

Fikrət Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. O, Cinayət Məcəlləsinin 182-ci maddəsinin müxtəlif bəndləri ilə ittiham edilir.

 

Jurnalist müxtəlif restoran, iaşə obyektlərinin sahibləri və onları icarə əsasında işlədən adamlardan hədə-qorxu ilə pul tələb etməkdə suçlanır. Fikrət Fərəməzoğlu ittihamları qəbul etmir. "Restoran”, "masaj salonu” adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunduğunu deyir.

 

Fikrət Fərəməzoğlu iyunun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. Hökmü Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyası çıxarıb.

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300