"Space” TV-nin xəbər aparıcısı Elvin Basqallının Prezident İlham Əliyevə yazdığı məktubu olduğu kimi oxuculara təqdim edirik:

Cənab Prezidentə açıq məktub
"Cənab Prezident. Jurnalistlərin Mənzil Şəraitinin yaxşılaşdırılması ilə bağlı imzaladığınız Sərəncamla yüzlərlə jurnalisti sevindirib, yüzlərlə jurnalistdə ümid yaratdınız. Heç şübhəsiz ki, məqsədiniz sosial şəraiti yaxşı olmayan, amma xalqına, dövlətinə, sənətinə sadiq və vurğun olan insanlara yardım etmək idi. Amma çox təəssüf Sizi aldatdılar, xalqla Sizin, mətbuatla Sizin aranızda uçurum yaratmaq istədilər. Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu məhz həmin mənzilə ehtiyacı olan çox sayda insana dəstək olmadı, Sizin xeyirxah təşəbbüsünüzə, mətbuatın keşiyində duran insanlara dəstək məqsədinizə kölgə saldılar. Nəinki bir Azərbaycan vətəndaşı, bir Azərbaycan gənci, məhz Azərbaycanın son 4 ilininin hər günün hadisələrini operativ və dəqiq çatdıran bir xəbər aparıcısı kimi hamıdan yaxşı mən əminəm ki, Sizin bütün neqativ hadisələrin aradan qaldırılmasına dərhal reaksiyanız var. İndi də Sizdən bu operativ reaksiyanı xahiş edirəm. 
Bəlkə də,bu işə kölgə salan kimlərinsə katibəsi, sürücüsü və ya evindəki xadimə qədər belə maddi durumum yaxşı deyil, ümid edirəm ki, Vüqar Səfərlini və digərlərini çağırıb, soruşacaqsınız ki, 255 mənzildən birini qaldığı evdə 10 nəfər yaşayan, 5 nəfərlik ailənin başçısı olan jurnalistə niyə vermədiz? Adımda nəinki ev, hətta daşınar və daşınmaz 100 manatlıq bir əmlak belə yoxdu. Sadəcə adıma "Rabitəbank”da 2 min manatlıq kredit borcu var. Heç utandırıcı deyil, əksinə qürurvericidi. Ona görə ki, hər ay maaşımdan dövlət büdcəsinə 134 manat pul ödəyirəm, 5 nəfərlik ailəmi və anamı 750 manat maaşla dolandırıram, amma əlimi rüşvətə uzatmıram. Bütün bunları yazmaqda məqsədim odur ki, məhz imzaladığınız Sərəncama laqqeyd yanaşıblar. 

 

Altı il Jurnalistika oxumuşam, tam ali təhsilli jurnalistəm, qəzetdə başladım jurnalistikaya, daha sonra isə bir neçə televiziyada işlədim. 4 ildir ümumilli lider Heydər Əliyevin imzası və xeyir duası ilə açılmış "Space” televiziyasının Xəbərlər Proqramının rəhbər müaviniyəm, xəbərlərin əsas buraxılışının, "Hər Həftə” Analitik İnformasiya Proqramının, Abituriyent verilişinin aparıcısıyam. Evdə yer olmadığı üçün 2 oğluma və qızıma çarpayı almamışam, ümidim Sizin dəstəyinizə idi və hələ də ümid edirəm. 

Elvin Basqallı”

 Yazı müəllifin facebook hesabından götürülmüşdür

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300