Bu gün, iyulun 18-də Masallı Rayon Məhkəməsində Müsavat Partiyasının Masallı rayon təşkilatının sədri Xasay Fərzullaya qarşı qaldırılan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Vəkil Nemət Kərimlinin"Basta”ya bildiridiyinə görə, hazırlıq iclasında müdafiə tərəfinin qaldırdığı vəsatətlər təmin olunmayıb.

"Təqsirləndirilən şəxsin vəkillə bir yerdə oturması barədə, məhkəmə iclasının auidioyazı və video çəkilişin aparılması bərədə vəsatətlər təmin edilmədi. Bu, keyfiyyətli müdafiə hüququnun pozulmasıdır”, – Nemət Kərimli bildirib.

Məhkəmə prosesi avqustun 2-ə təyin olunub.

Xasya Fərzullaya qarşı Cinayət Məcəlləsinin 263.1.1 maddəsi ilə (ehtiyyatsızlıq üzündən ağır xəsarət yetirmək) ittiham irəli sürülüb.

Buna səbəb aprelin 5-də Xasay Fərzulla öz maşını ilə aşağı sürətlə hərəkətdə olarkən, rayonun Bədəlan kənd ərazisində həmən kənd sakini Tağıyev Rauf Rafiq oğlunun qəfildən yola çıxması və nəticədə xəsarət almasıdır.Sürücü dərhal onu xəstəxanaya çatdırıb və Bakıda müalicəsinin, o cümlədəncərrahi əməliyyatın bütün xərclərini, öz üzərinə götürüb. Hazırda zərərçəkənin həyatına heç bir təhlükə yoxdur.

Lakin istintaqın gedişatı onu göstərir ki, baş verən yol nəqliyyat hadisəsi siyasiləşdirilir.

"Boradigah ərazi nümayəndəsinin məsələni siyasiləşdirərək yaşayış yerində guya mənim müsbət rolumun olmamasını iddia eləməsi, həmçinin onun yazılı şəkildə verdiyi xasiyyətnamədə mənim Müsavatın Masallı təşkilatının sədri olmağımı xüsusi vurğulaması işi hüquqi müstəvidən uzaqlaşdırır”, – deyə Xasay Fərzulla bildirib.//bastainfo

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300