Leysan və fırtına İstanbulda hərəkəti iflic edib.
Axar.az xəbər verir ki, artıq şəhərin bəzi yerlərində avtobusların hərəkəti müvəqqəti dayandırılıb. Fırtınanın ağacları kökündən də çıxardığı bildirilib. Bəzi yeraltı avtomobil dayanacaqları və eləcə də evlərin birinci mərtəbələrini su basıb.
Hökumət yerli əhalini küçəyə çıxmamaqla bağlı xəbərdar edib.